Ekologiya və torpaqşünaslıq fakültəsi
20/10/2016
Ekologiya və torpaqşünaslıq fakültəsində Tədris Metodiki Şuranın hesabat yığıncağı keçirilib

Ekologiya və torpaqşünaslıq fakültəsində Tədris Metodiki Şuranın hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü, professor A.H.Kazımzadə, universitet TMŞ-nın sədri akademik V,M.Babazadə, universitet TMŞ-nın üzvləri və fakültə əməkdaşları içtirak ediblər. Yığıncaqda fakültə TMŞ-nın sədri dos. A.Q.Hüseyinli geniş məruzə ilə çıxış edib. Hesabat ətrafında çıxış edənlər prof. Ş.Y.Göyçaylı, prof. S.R.Hacıyeva, prof. T.A.Xəlilov, dos. H.B.Soltanova fakültə TMŞ-nın illik hesabatını qənaətbəxş qiymətləndiriblər. Sonda Universitet TMŞ-nın sədri akad. V.M.Babazadə tövsiyyələrini verib və növbəti tədris ilində şuranın fəaliyyətinə uğurlar arzulayıb.

Məqalələr
Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Plastik tullantılardan alınan neft

İsraildə plastik tullantılardan neft alınması üçün Ətraf mühitin mühafizəsi nazirliyi tərəfindən  Ramat-Xovev şəhərində zavod tikilmişdir

“Ümumrespublika Yaşıllaşdırma” marafonu

“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmışdır