Ekologiya və torpaqşünaslıq fakültəsi
14/03/2022
Ekologiya və torpaqşünaslıq fakültəsində onlayn formatda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində 14 mart 2022-ci il tarixində onlayn formatda elmi seminar keçirilib. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar, magistrantlar, tələbələr və fakültənin digər əməkdaşları iştirak edib.
Seminarda Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti  Cəfərov Azər Bəhlul oğlu “Dövrümüzün paradiqması “istehlakçı cəmiyyətdən” “yaşıl iqtisadiyyata” keçid: Azərbaycanın yeri və rolu”, Ekoloji kimya kafedrasının magistrantı Quliyeva Bəsti Kərəm qızı “Ağdam rayonunun (Quzanlı qəsəbəsi ətrafinda) təbii su mənbələrinin müasir vəziyyətinin ekoloji qiymətləndirilməsi” mövzularında çıxış ediblər.
Cəfərov Azər Bəhlul oğlu məruzədə qlobal ekoloji problemlər, “Yaşıl” iqtisadiyyatın təməl prinsipləri, təbii resurslardan optimal istifadənin təmin edilməsi, əhalinin rifahının yüksəldilməsi, “yaşıl” iqtisadiyyata keçiddə Azərbaycanın yeri və rolu, “Yaşıl” iqtisadiyyat modelində enerji, kənd təsərrüfatı və nəqliyyat sahələri haqqında geniş məlumat vermişdir.
Quliyeva Bəsti Kərəm qızı məruzədə Ağdam rayonunun coğrafi mövqeyi, təbii su ehtiyatlarının vəziyyəti, Quzanlı qəsəbəsi ətrafindakı su mənbələrindən götürülmüş su nümunələrinin kimyəvi tərkibinin analizinin nəticələri və su mənbələrinin müasir vəziyyətinin ekoloji qiymətləndirilməsi haqqında geniş məlumat vermişdir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.