Ekologiya və torpaqşünaslıq fakültəsi
25/06/2019
Ekologiya və torpaqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində “Ekoloji kimya”, “Ətraf mühit kimyası” və “Ekoloji kimyəvi monitorinq” ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Ekoloji kimya kafedrasının müdiri, Magistr Dissertasiya Şurasının sədri,  professor Sevinc Hacıyevanın sədrliyi ilə keçirilən müdafiədə Azərbaycanın müxtəlif ərazilərində yerinə yetirilmiş tədqiqat işləri təqdim olunub.
Müdafiənin ilk günü Leysan Bayramlı “Bakı şəhəri Bibiheybət ərazisində neftlə çirklənmiş torpaqlarda Uranın təyini və ekoloji qiymətləndirilməsi”, Aygün Abbasova  “Astara rayonu ərazisindəki termo və səth sularının tədqiqi və ekoloji qiymətləndirilməsi”, Dadaşova İlahə “Abşeron ərazisindən götürülmüş torpaq nümunələrində pestisidlərin təyini”, Elnur Yolçulu “Sumqayıt ərazisində təbii sularda Cd, Hg, Pb elementlərinin AAS metodu ilə təyini”, Günel Hüseynova “Abşeron ərazisindəki artezian quyu sularının ekoloji qiymətləndirilməsi” və Nərmin Mirzəyeva  “Azərbaycana idxal olunan və ixrac olunan subtropik meyvələrdə zərərli üzvi birləşmələrin təyini” mövzularında tədqiqat işlərini təqdim ediblər. Müdafiənin 2-ci günü Nabat Bahəddinli “Bəzi nadir torpaq elementlərinin ətraf mühit obyektlərindən ayrılmasının və təyininin yeni üsulunun işlənilməsi”, Rəvanə Qasımzadə “Molibdenin ətraf mühit obyektlərində sorbsiyası və qatılaşdırılaraq təyini”, Nərgiz Əlizadə “Balıq və ət məhsullarında ağır metalların təyini”, Murad Əliyev “Bakı şəhərinin sənaye rayonlarının (Binəqədi, Xətai) atmosfer havasının ekoloji qiymətləndirilməsi” və Məleykə Quliyeva “Azərbaycanın şimal bölgəsinin (Quba-Qusar misalında) təbii sularının ekoloji qiymətləndirilməsi” mövzularında dissertasiya işlərini müdafiə ediblər.
Ümumilikdə 11 nəfər magistr müdafiə işini uğurla təqdim ediblər.
Professor Sevinc Hacıyeva müdafiəyə buraxılan işlər haqqında münasibət bildirib, magistrların hazırlığını qənaətbəxş hesab etdiyini vurğulayıb.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.