Ekologiya və torpaqşünaslıq fakültəsi
17/02/2017
Ekologiya və torpaqşünaslıq fakültəsində 2 dərslik nəşr olunub

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları: professorlar S.R.Hacıyeva, N.T.Şəmilov, dosentlər F.E.Hüseynov, T.İ.Əliyeva, Ü.N.Rüstəmova, müəllimlər Z.T.Vəliyeva, A.A.Səmədova, Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşı C.Z.Səmədov tərəfindən tərtib olunmuş bakalavr pilləsi üçün üç dildə (ingilis, rus, azərbaycan) “Tətbiqi ekologiyadan praktikum” və  magistratura pilləsi üçün “Роль химических элементов в биосфере” adlı dərs vəsaitləri çapdan çıxıb.
“Tətbiqi ekologiya” fənninə dair praktikum müxtəlif çirkləndiricilərin ətraf mühitə təsiri və onların müasir fiziki-kimyəvi analiz metodları ilə tədqiqinə aid mühüm məlumatların və ümumiləşdirmələrin əsasında tərtib olunmuşdur. Praktikum universitetlərin bakalavr pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitindən, müəllimlər, doktorantlar və elmi işçilər də faydalana bilərlər.
“Роль химических элементов в биосфере” adlı dərs vəsaiti isə  ekologiya və təbiətdən istifadədən bəhs edir. Fundamental xarakter daşıyan bu vəsaitdə biosfer və onun quruluşu, kimyəvi elementlərin biosferdə rolu, ətraf mühitin çirklənməsi və digər aktual problemlər əksini tapıb. Dərs vəsaiti ekologiya, təbiətdən səmərəli istifadə istiqamətləri üzrə təhsil alan magistrantlar, ali məktəb tələbələri, həmçinin ekologiji problemlər və onların həlli məsələrinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.