Ekologiya və torpaqşünaslıq fakültəsi
18/12/2019
Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib

Dekabrın 18-də Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib. Seminarda II kurs tələbəsi Fərid Mirzəyevin “Ətraf mühit və təbii komplekslərin öyrənilməsində "Google Earth" proqramından istifadənin xüsusiyyətləri”, IV kurs tələbəsi Timur Hadıyevin “Bakı şəhərində ekoloji problemlərin həlli yolları“, III kurs tələbəsi Məhəmməd Babayevin “Xromotoqrafik analiz metodları və tətbiq sahələri", II kurs tələbəsi Nərmin Seyidovanın "Prospects of the consumption of biofuels in Azerbaijan” mövzusunda məruzələri dinlənilib.
Seminarda rektor Elçin Babayev, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov, fakültə TEC-in elmi rəhbəri Leyli Kərimova, Ekoloji kimya kafedrasının müdiri Sevinc Hacıyeva, Coğrafi ekologiya kafedrasının müdiri Akif Ağbabalı və professor-müəllim heyəti iştirak ediblər.
Rektor E.Babayev təqdim edilən mövzulara və çıxışlara münasibət bildirib, müvafiq tövsiyələrini verib. Sonra məruzələr ətrafında çıxışlar olub.

Məruzəçilər xüsusi təşəkkürnamə ilə təltif ediliblər.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.