Ekologiya və torpaqşünaslıq fakültəsi
04/11/2015
Ekologiya Klubunun təqdimatı

4 noyabr 2015-ci il tarixində  Bakı Dövlət Universitetinin təzə korpus akt zalında Tələbə Gənclər Təşkilatı nəznində fəaliyyət göstərən Ekologiya Klubunun təqdimatı keçirildi. Ekologiya və torpaqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Kazımova Leyla Eko kluba yeni sədr təyin olundu. Ekologiya klubu 2014-cü il 27 oktyabr tarixindən fəaliyyət göstərir.

Tədbirdə Eko Klubun keçmiş fəaliyyətləri haqda məlumat verildi. Bununla yanaşı, Eko klubun gələcək planları haqqında ətraflı məlumat verildi. Bu planlara aşağıdakılar daxildir:

  • Kitab klubu
  • Ekoloji turlar
  • Debat klub və s.

Tədbirdə Tələbə Gənclər Təşkilatının sədri Nicat Kərimov, sədr müavini Sərxan Məmmədov, fakültə sədri Nahid Yarıyev, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqının Ekologiya fakültəsi üzrə sədr Nəzmi Cəfərli,universitet müəllimləri,xüsusi qonaqlar və Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri ilə yanaşı  digər fakültə tələbələri də iştirak edib.

Eko klubun rəsmi facebook səhifəsi (https://www.facebook.com/ECO_Club-Ekologiya-ve-torpaqsunasliq-247065222171076/?fref=nf ) artıq fəaliyyət göstərir,eləcə də gmail ünvanı mövcuddur ( tgteclub@gamil.com). Kluba üzv olmaq istəyənlər Tələbə Gənclər Təşkilatına yaxınlaşıb, üzvlük vərəqəsini doldurmaqla üzv ola bilərlər. Bununla yanaşı tələbələr klubumuzla bağlı təklif, irad və həyata keçirmək istədiyi layihələrini gmail ünvanımıza və ya facebook səhifəmizin inboxuna yaza bilərlər.

Ümid edirik ki,  bizə olan inamınızı doğruldacıq və söz veririk ki, bunun üçün əlimizdən gələni edəcəyik.

Kazımova Leyla (077) 464 44 17, leyla.kazimova.28.97@mail.ru

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.