Ekologiya və torpaqşünaslıq fakültəsi
27/11/2015
"Eco School" adlı layihə

27 noyabr 2015-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları Ittifaqi Ekologiya işçi qrupunun təşkilatı dəstəyi ilə məktəblərdə nəzərdə tutulmuş 'Eco School' adlı layihənin ilk təlimi keçirilmişdir. Təlimin məqsədi məktəblilərdə "Ekologiya nədir? Ətraf mühiti necə qorumalıyıq?" mövzusunda ümumi təsəvvür yaratmaq və onları bu istiqamətdə məlumatlandırmaqdır. Layihənin ilk günü Akademik Zərifə Əliyeva adına liseyde baş tutmuşdur. Interaktiv keçirilən təlimdə 9-cu sinif şagirdlərinə ətraf mühit və onun qorunması haqqında ətraflı məlumat verilmiş, bir sıra maraqlı faktlara toxunulmuş ve şagirdlərin sualları təlimçilər tərəfindən cavablandırılmışdır. Təlim, Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi, həvəskar, gənc təlimçi Nəsirova Fəxriyyə tərəfindən uğurla həyata keçirilmişdir.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.