Ekologiya və torpaqşünaslıq fakültəsi
29/09/2011
Bildiriş

BİLDİRİŞ

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi tərəfindən 14 oktyabr 2011-ci tarixində Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilimiş  “Tətbiqi ekologiyanın problemləri”  mövzusu üzrə Elmi konfrans keçiriləcəkdir.

Konfransa təqdim olunacaq materialların aşağıdakı istiqamətlərə uyğun olması tövsiyyə edilir:

-         Torpaqların ekologiyası və ekoloji qiymətləndirilməsi

-         Təbii sərvətlərdən səmərəli istifadənin xüsusiyyətləri

-         Ekoloji coğrafiya və ətraf mühit

-         Ekoloji biologiya və ətraf mühit

-         Ekoloji kimya və ətraf mühit

-         Cəmiyyət və ekoloji problemlər

Təqdim olunan məruzələr 1-2 səhifə həcmində olmaqla MS  Word redaktorunda Times New Roman və yaxud Times Azlat şrifti, 12 keqel ilə 1 intervalda, A-5 formatında yazılmalı və 1 nüxsə kağızda çap olunaraq CD disklə birlikdə təqdim edilməlidir.

Tezislər yazılarkən vərəqin soldan 2,5 sm, yuxarısından və aşağıdan 2,0 sm,sağdan isə 1,5 sm məsafə saxlamaq lazımdır.

Nümunə

İçməli suyun patogen çirklənməsi

A.B.Məmmədov

Bakı Dövlət Universiteti

Mətn........................................................................................................................................................................................................................................................................................

Tezislərin son qəbul günü 10 oktyabr 2011-ci il tarixinə qədərdir.Tələbata uyğun hazırlanmış məruzələr aşağıdakı ünvana təqdim olunmalıdır.

Bakı şəh. Z.Xəlilov küç. Bakı Dövlət Universiteti, əsas bina III mərtəbə Ekologiya və torpaqşünaslıq fakültəsi № 361 otaq

Əlaqə telefonu 050 405 85 50; 050 543 33 25

Qeyd: Tezislərin nəşri müəlliflərin öz hesbınadır.Hər səhifə üçün 4 AZN ödənilməlidi.

TƏŞKİLAT KOMİTƏSİ

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.