Ekologiya və torpaqşünaslıq fakültəsi
07/10/2015
Bioekologiyaya aid faydalı əsərlər

Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının alimlərinin yeni dərslikləri çap olunub.  Professor Nərminə Sadıqova, dosent Svetlana Cəfərova və biologiya elimləri namizədi Anar Məmmədovun yazdıqları “Potkiloterm heyvanların ekologiyası” adında dərsliyin rəyçiləri professorlar Fərzəli Ağamalıyev və Şaiq İbrahimovdur. Magistrantlar üçün nəzərdə tutulmuş, eyni zamanda biologiya istiqamətli tələbələr üçün faydalı olan dərs vəsaitində balıqların, amfibi və repitililərin ekologiyasından bəhs edilir.

“Biologiya ekologiyanın əsasları ilə” rus dilində nəşr olunan və müəllifləri professor Nərminə Sadıqova və dosent Svetlana Cəfərova olan dərslik dərslik tələbələr, biologiya və ekologiya sahəsində çalışan mütəxəsislər üçün nəzərdə tutulub. Kitabın elmi rəhbəri, professor Nəriman İsmayılov, rəyçiləri isə professorlar Xəyyam Ələkbərov, Rauf Quliyev və dosent Mirzağa Mirzoyevdir.

Kafedranın dosenti Firuzə Sultan-zadənin “Biomüxtəliflik və onun mühafizəsi” adlı dərsliyində isə biomüxtəlifliyin qorunmasının konseptual əsasları öz əksini tapıb. Belə ki, dərslikdə yer üzərində həyatın müxtəlifliyi haqqında təsəvvürlər sistemi kimi biosferin dərk edilməsi əsasında,  ümumi dünyagörüşünün formalaşmasında və planetdə təzahür olunan həyatın bütün formalarının qorunmasında məsuliyyətin artırılmasına diqqət verilir. Dərsliyə professorlar Nərminə Sadıqova və İradə Əliyeva tərəfindən rəy verilib. Layihənin ekspert tərkibində BDU-nun mütəxəsisləri ilə yanaşı, respublikanın digər ali təhsil müəssisələrinin alimləri də iştrak ediblər. Dərslik tələbələr, aspirantlar və məktəb müəllimləri üçün nəzərdə tutulub. Dosent Firuzə Sultan-zadənin daha bir dərsliyi “Etologiya ekoloji əsaslarla: insan və heyvanların davranışı” adlanır. Rus dilində çap olunmuş dərslikdə insan və heyvanların davranışının müxtəlif aspektləri, onların müqayisəsi və bəzi etoloqo-ekoloji xaresteristikalar nəzərdən keçirilib. Dərsliyin rəyçiləri professorlar - Nərminə Sadıqova və İradə Əliyevadır. Kitab etoloq, ekoloq, bioloq tələbə, aspirant və müəllimləri üçün nəzərdə tutulub.


Mətbuat və informasiya şöbəsi, 07 oktyabr 2015-ci il

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.