Ekologiya və torpaqşünaslıq fakültəsi
05/04/2012
Bioekologiya kafedrasının əməkdaş və tələbələri qrant layihəsinin qalibi olublar

Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tәdqiqat proqramlarının, layihәlәrinin vә digәr elmi tәdbirlәrin maliyyәlәşdirilmәsi mәqsәdi ilә qrantların verilmәsi üzrә 2011-ci il üçün "Gənc alim və mütəxəssislərin qrant layihələri” müsabiqəsindən uğurla keçmiş layihәlәr arasında Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasınnın əməkdaş və tələbələri də var.

Layihənin adı:

Qala tarixi-etnoqrafik qoruğu və yaxın ərazilərdə bioekoloji vəziyyətin kompleks tədqiqi.

 

Layihənin məqsədi:

“EkoSfera” Sosial-Ekoloji Mərkəzin gənc mütəxəssisləri və Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin bakalavr və magistrlarının iştirakı ilə Qala (Xəzər rayonu) tarixi-etnoqrafik qoruq ərazisində mövcud və potensial ekoloji təhlükənin aşkarlanaraq ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi, təmizləmə və şəriatin dəyişmə metodlarının işlənilməsi üzrə müstəqil çöl təcrübə tədqiqatının həyata keçirilməsi.

 

Əsas məsələlər:

  • Etno-Ekoloji mərkəzin ərazisinə yaxın olan göldə neft tullantıları ilə çirklənmənin dərəcəsinin qiymətləndirilməsi; suyunvə dib çöküntülərinin kimyəvi və bioloji təmizləmə metodlarının analizi və müqayisəsi;
  • Ərazinin fiziki (radiasiya, işıq, istilik, səs-küy və elektromaqnit) çirklənməsinin qiymətləndirilməsi;
  • Ərazinin ağır metallarla çirklənmə dərəcəsinin qiymətləndirilməsi, torpaq nümunələrinin qidalı maddələrə görə analizi, torpağın mikroorqanizm tərkibinin kəmiyyət və keyfiyyət analizi, torpağın sanitar xarakteristikası;
  • Ərazinin biomüxtəlifliyinin (həşəratlar, sürünənlər, quşlar, məməlilər, flora) monitorinqi, bioindikator növlərin aşkar olunması, taksonomik siyahının tərtibi, endemik bitki növlərinin müəyyənləşdirilməsi;
  • Ərazidə ekoloji və mədəni turizm üçün potensial ekoloji təhlükənin aşkar olunduğu halda şəraitin yaxşılaşdırılması üçün hesabatın və tövsiyyələrin hazırlanması.

Layihənin iştrakçıları:

 

  1. 1.Dilarə Hacıyeva: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin dövlət hesabına Ekologiya ixtisası üzrə qiyabi şöbəsinin 1-ci kurs magistrantıdır. 15 sentyabr 2011-ci ildən BDU-nin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasında laborant vəzifəsində çalışır. 2009-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində ekoloq-ekotrener vəzifəsində çalışır və ekoloji layihələrdə elmi-təbliğat işləri aparır. Elmi istiqaməti: urboekologiya, bioindikasiya.
  2. 2.Nigar Məmmədova: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə əyani şöbəsinin 1-ci kurs doktorantıdır. 2008-ci ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində ekoloq-ekotrener vəzifəsində çalışır və ekoloji layihələrdə elmi-təbliğat işləri aparır. Elmi istiqaməti: ekoloji kimya.
  3. 3.Sevinc Abasova: 15 sentyabr 2011-ci ildən BDU-nin Ekologiya və Torpaqşünaslıq fakültəsində Bioekologiya kafedrasında laborant vəzifəsində çalışır. 2010-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində ekotrener vəzifəsində çalışır və ekoloji layihələrdə təbliğat işləri aparır. Elmi istiqaməti: biokimya.
  4. 4.Abdin Abbasov: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin dövlət hesabına Ekologiya ixtisası üzrə əyani şöbəsinin Bioekologiya kafedrasında 1-ci kurs magistrantıdır. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllü çalışır və ekoloji layihələrdə elmi-təbliğat işləri aparır. Elmi istiqaməti: bioekologiya.
  5. 5.Ülkər Qədiyeva: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin dövlət hesabına Ekologiya ixtisası üzrə əyani şöbəsinin Bioekologiya kafedrasında 1-ci kurs magistrantıdır. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür. Elmi istiqaməti: torpaq ekologiyası. Magistr dissertasiya mövzüsu: Abşeron yarımadasının ağır metallarla çirklənməsinin bəzi quru orqanizmlərə təsirinin ekoloji qiymətləndirilməsi.
  6. 6.Əziz Yunusov: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə əyani şöbəsinin Bioekologiya kafedrasında 1-ci kurs magistrantıdır. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür. Elmi istiqaməti: aqroekologiya.
  7. 7.Elmar Səlimov: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə əyani şöbəsinin Bioekologiya kafedrasında 1-ci kurs magistrantıdır. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür. Elmi istiqaməti: ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi.
  8. 8.Nicat Narimanov: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 1-ci kurs bakalavr. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür.
  9. 9.Tabriz Suleymanlı: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 1-ci kurs bakalavr. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür.
  10. 10.Ülvi Movsümzadə: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 1-ci kurs bakalavr. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.