Ekologiya və torpaqşünaslıq fakültəsi
12/05/2016
BDU-nun magistrantı ali təhsil müəssisələri tələbələrinin III Respublika konfransının qalibi olmuşdur

Ekologiya və torpaqşünaslıq fakültəsinin “bioekologiya” kafedrasının  I kurs magistrantı Quliyeva Aysel Çingiz qızı 07.05.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­yasında Ümummilli lider Heydər Əliyevin anadan olma­sı­nın 93 illiyinə həsr olunmuş “Da­yanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” mövzusunda ali təhsil müəssisələri tələbələ­ri­nin III Respublika konfransında iştirak etmişdir. Konfransda respublikanın 15 ali təhsil müəssisəsindən 148 tələbə və magistrant məruzə ilə çıxış etmişdir. Aysel Quliyeva “Abşeron yarımadasının müasir ekoloji vəziyyəti “ mövzusunda məruzəsi ilə “Riyaziyyat və təbiət elmləri” bölməsi üzrə qalib gələrək 1-ci yerə çıxmış, diplom və sertifikatla təltif edilmişdir.

Təbrik edirik!

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.