Ekologiya və torpaqşünaslıq fakültəsi
31/08/2020
BDU-nun Enactus komandası qalib olub

30 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə baş tutan Enactus Azərbaycan Milli Yarışının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetinin Enactus komandası Yarışın qalibi olub.
BDU-nun Enactus komandası Yarışda - EcoPrint, PlasKet və Yoldaş layihələri ilə çıxış edərək ən yüksək nəticə ilə - 135 balla qələbə qazanıb.
Yarışda  Respublikamızın 14 ali məktəbi iştirak edib. 700-dən çox tələbə, 20 fakültə məsləhətçisi, 13 biznes liderin iştirak etdiyi yarışda komandalar 2 liqada yarışıblar.
Qeyd edək ki, BDU Enactus komandasında Ekologiya və torpaqşünaslıq fakültəsi 1 məsləhətçi müəllim - dosent Məhluqə Yusifova və 2 tələbə -Ramid Afizov və Nərmin Seyidova ilə təmsil olunmuşdur. Qalib 3 layihədən 2-si – EcoPrint və Plasket – ekoloji layihələrdir.
Qalib komanda 8-11 sentyabr 2020-ci il tarixində Niderlandda baş tutacaq Dünya Enactus Kuboku yarışmasında ölkəmizi təmsil edəcək. Bu yarışmada dünyanın 36 ölkəsindən 25 mindən çox universitet tələbəsini təmsil edən komandalar  öz biznes, təhsil və sosial layihələrini təqdim edəcəklər.
Bugünkü qələbə münasibətilə BDU Enactus komandasını təbrik edir, gələcək yarışda uğurlar diləyirik!




Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.