Ekologiya və torpaqşünaslıq fakültəsi
08/10/2014
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasda BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru prof.İ.N.Əliyeva, Elm və innovasiyalar üzrə prorektoru prof.A.H.Kazımzadə, BDU-nun Tədris-Metodik Şurasının sədri akad.V.M.Babazadə və TM Şuranın digər üzvləri iştirak etmişlər. Fakültənin Tədris-Metodik Şurasının sədri dos.A.Q.Hüseyinli Tədris-Metodik Şurasının 2013-2014-cü tədris ilinin illik hesabatı ilə çıxış etmişdir. Müzakirələrdə Bioekologiya kafedrasının müdiri prof.N.A.Sadıqova, Coğrafi ekologiya kafedrasının müdiri prof.Ş.Y.Göyçaylı, Coğrafi ekologiya kafedrasının professoru T.A.Xəlilov və b. çıxış etmişlər. Tədris-Metodik Şurasının illik hesabatı qənaətbəxş qiymətləndirilmişdir. Sonra Elmi Şuraya çıxarılan digər məsələlər barədə fakültənin dekanı prof.N.T.Şəmilov məlumat vermiş və iclas öz işini həmin məsələlərin müzakirəsi ilə davam etdirmişdir.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.