Ekologiya və torpaqşünaslıq fakültəsi
27/03/2019
BDU-nun altı alimi “Elm günü”nə həsr olunmuş müsabiqədə qalib olublar

Bakı Dövlət Universitetində keçirilmiş və “Elm günü”nə həsr olunmuş müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Elm Günü”nün əhəmiyyətindən, ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından bəhs edib. BDU-nun “Clarivate Analytics” təçkilatının Azərbaycan üzrə nümayəndəliyi ilə birgə keçirdiyi müsabiqə haqqında məlumat verən rektor seçimlərdə “Web of Science” bazasından istifadə edilməklə yanaşı, yeni yanaşmanın tətbiq edildiyini, təbiət və humanitar elmlər sahəsində çalışan alimlərin elmi nailiyyətlərinə görə qalib olduğunu diqqətə çatdırıb. Rektor növbəti illərdə daha fərqli yanaşmaların tətbiq ediləcəyini, alimlərin fəaliyyətlərində fərqlənmə prinsipinə üstünlük veriləcəyini qeyd edərək, BDU-nun tədqiqat universitetinə çevrilməsi istiqamətindəki hədəflərini açıqlayıb.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan elminə göstərilən diqqət və qayğıdan, 100 yaşlı Bakı Dövlət Universitetinin intellektual nəslin formalaşmasındakı xidmətlərindən bəhs edib. Akademik  “Elm günü”nün qeyd olunmasında universitet alimlərinin əməyini xüsusi qeyd edərək elm və təhsilin inteqrasiyası barədə fikirlərini bölüşüb.
Sonra qaliblər elan olunub. Humanitar elmlər üzrə Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının professoru Aidə Qasımova, təbiət elmləri üzrə Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov, Fizika Problemləri ETİ-in aparıcı elmi işçisi, dosent Şahin Ağayev, Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi ETL-in aparıcı elmi işçisi, dosent Kamran Mahmudov, o cümlədən Kimya fakültəsinin Zərif üzvi sintez ETL-nın nəzdində olan Rentgen Quruluş Analiz laboratoriyasının böyük elmi işçisi Günay Məmmədova və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva 35 yaşı tamam olmamış elmi tədqiqatçılar arasında fərqlənərək müsabiqənin qalibi olublar.
Rektor müsabiqənin komissiya heyətinə, “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadəyə təşəkkürünü bildirib.
Qaliblərə sertifikatlar təqdim edilib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulanıb.Onu da qeyd edək ki, Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş Tədbirlər planına uyğun olaraq tələbə, magistrant və doktorantların iştirakı ilə dəyirmi masa keçirilib, universitetin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin “Elm həftəsi” çərçivəsində konfrans təşkil edilib, lisey şagirdlərinin universitetə ekskursiyası və universitet alimləri ilə görüşü baş tutub.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.