Ekologiya və torpaqşünaslıq fakültəsi
10/12/2014
BDU-nun 95 illik yubileyinə həsr olunmuş elmi konfrans

10 dekabr 2014-cü il tarixdə Ekologiya və torpaqşünaslıq fakültəsində Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü, prof.A.H.Kazımzadə BDU-nun yaranma tarixi və 95 il ərzində keçdiyi şərəfli yol haqqında ətraflı məlumat vermişdir.
Konfransda BDU-nun Magistratura və Doktorantura şöbəsinin müdiri, prof.A.O.Məmmədova, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı prof.N.T.Şəmilov, kafedra müdirləri və qonaqlar iştirak etmişlər. Konfransın plenar iclasında Coğrafi ekologiya kafedrasının müdiri, prof.Ş.Y.Göyçaylı “Bakı Dövlət Universitetinin 95 illik fəaliyyəti dövründə coğrafi ekologiya və ətraf mühiti mühafizə sahəsində qazanılan nailiyyətlər”, I kurs magistrant Ş.Alıyevanın  “Lənkəran-Astara zonasının ekoloji şəraitinin müasir vəziyyəti” movzusunda məruzələri dinlənilmişdir.
Daha sonra konfrans öz işini 2 bölmədə davam etdirmişdir.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.