Ekologiya və torpaqşünaslıq fakültəsi
21/04/2016
BDU-nun 300-dək tələbəsi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub

Bu gün Bakı Dövlət Universitetinin 300-dək tələbəsi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub. Əvvəlcə ulu öndər Heydər Əliyevin Məktəbin qarşısındakı abidəsi önünə əklil qoyulub. Sonra məktəbin rəisi, polkovnik Fizuli Salahov Ali Hərbi Məktəbin tarixi və bu günü barədə məlumat verib, universitetin tələbə və müəllimlərinin məktəbə gəlişini yüksək qiymətləndirib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov da öz növbəsində universitet haqqında danışıb, dəvət və görüşə yaradılan şəraitə görə təşəkkürünü bildirib. Мəktəbin kitabxanasına universitetin tarixini əks etdirən və BDU alimlərinin müəllifi olduğu yüzədək müxtəliф kitab hədiyyə edildikdən sonra görüş zabit və kursantların, həmçinin BDU tələbələrinin iştirakı ilə məktəbin həyətində davam edib. Məktəbin şəxsi heyət ilə iş üzrə müavini polkovnik-leytenant Mikayıl Hüseynovun giriş nitqindən sonra BDU-nun rektoru Abel Məhərrəmov cəbhədə baş verən son hadisələr, ordumuzun qazandığı uğurlar, vətən uğrunda canından keçən qəhrəman oğullarımızın rəşadətindən danışıb. Bildirib ki, bu hadisələr bütün Azərbaycan xalqı kimi Bakı Dövlət Universiteti tələbələrini də ruhlandırıb, onlarda hərbi-vətənpərvərlik duyğularını gücləndirib. Tələbələrin hər zaman vətəni qorumağa, Ali Baş Komandan, Prezident İlham Əliyev əmr edərsə hətta təhsillərini yarımçıq qoyub döyüşə getməyə hazır olduqlarını qeyd edən rektor onların hərbi texnikaya, raket və artilleriya, aviasiya silahlarına, Zenit raket qoşunlarının mahiyyətinə, hava hücumundan müdafiənin təşkilinə və digər hərbi biliklərə yiyələnmək arzularını diqqətə çatdırıb. Deyib ki, bu görüş onların həm də nəzəri cəhətdən hazırlıqlı olmalarına kömək edəcək. Rektor bu istəkdə olan BDU tələbələrinin çox olduğunu nəzərə alaraq bundan sonra onların Mülki müdafiə dərslərinin şənbə günləri Ali Hərbi Məktəbdə keçirilməsinin qərara alındığını da qeyd edib. Sonra tələbələr hərbi məktəbin kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olub, dərslərdə iştirak ediblər. Burada onlara Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyəti, hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar, onlardan istifadə qaydaları və s. haqqında ətraflı məlumat verilib.

Mətbuat və informasiya şöbəsi 21 aprel 2016-cı il.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.