Ekologiya və torpaqşünaslıq fakültəsi
14/11/2016
BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş keçirilib

Bakı Dövlət Universitetində universitetdaxili “50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri və ixtisaslar üzrə müsabiqə komissiyalarının üzvləri ilə görüş keçirilib. Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə qalibləri təbrik edərək bildirib ki, universitetdaxili “50+50” qrant proqramı BDU-da çalışan  professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr pilləsində təhsil alan tələbələrin elm və təhsildə qazandıqları nailiyyətləri daha da inkişaf etdirmək məqsədi ilə 2009-cu ildən təsis olunub. Artıq bir neçə ildir ki, bu proqram çərçivəsində élan edilən müsabiqələrin əhəmiyyətindən danışan prorektor qeyd edib ki, son illər universitetdə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması, alınmış nəticələrin beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən nüfüzlu jurnallarda dərc edilməsi, xüsusilə gənclərin elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib və “50+50” qrant proqramı da belə tədbirlərdən biridir. Məlum olub ki, 2016/2017-cı illər üzrə elan edilən müsabiqəyə təqdim edilən 80 layihədən 48-i qalib olub. Prorektor qalibləri maraqlandıran sualları cavablandıraraq onlara layihələrin icrası və alınacaq elmi nəticələrin Tomson Röyters və digər nüfuzlu agentliklər tərəfindən indekslənən jurnallarda dərci istiqamətində tövsiyələrini verib.
http://bsu.edu.az/az/news/bduda_universitetdaxili_5050_qrant_proqramnn_qaliblri_il_gr_keirilib

Məqalələr
Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Plastik tullantılardan alınan neft

İsraildə plastik tullantılardan neft alınması üçün Ətraf mühitin mühafizəsi nazirliyi tərəfindən  Ramat-Xovev şəhərində zavod tikilmişdir

“Ümumrespublika Yaşıllaşdırma” marafonu

“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmışdır