Ekologiya və torpaqşünaslıq fakültəsi
16/03/2018
BDU-da “Türk xalqlarında Novruz” adlı tədbir təşkil olunub

Bakı Dövlət Universitetində “Türk xalqlarında Novruz” adlı tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov Novruzun tarixi kökləri haqqında danışıb, bu bayramı sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, təbiətin oyanışı kimi xarakterizə edib. Novruzun xalqımız üçün həmişə əziz və müqəddəs bayram olduğunu və onun hər il təntənəli şəkildə keçirildiyini qeyd edən rektor əlamətdar gün münasibətilə müəllim-tələbə heyətini təbrik edib, onlara xoş arzularını bildirib. Rektor Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb. Bu əziz bayramın Azərbaycanın birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın səyi nəticəsində 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini, habelə 2010-cu ildə 21 mart tarixinin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Novruz Günü" elan olunduğunu deyən rektor Novruzun ürəklərə sonsuz sevgi və məhəbbət bəxş etdiyini vurğulayıb.
Sonra Filologiya fakültəsi və Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə hazırlanmış türk xalqlarının Novruz bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələrini əks etdirən səhnəciklər, ədəbiyyat nümünələri və mahnılar səsləndirilib.
Qardaş Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın ölkəmizdəki səfirliklərinin nümayəndələrinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbir türk xalqlarının milli adət-ənənələri, Novruz rəmzlərini əks etdirən sərgilər, bayram süfrələrinin nümayişi ilə başa çatıb.

 

http://bsu.edu.az/az/news/bduda_trk_xalqlarnda_novruz_adl_tdbir_tkil_olunub

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.