Ekologiya və torpaqşünaslıq fakültəsi
14/05/2018
BDU-da “Ekoklub” üzvlərinin III Ekoloji Forumu keçirilib

Bakı Dövlət Universitetində Təhsil Nazirliyi Respublika Uşaq-gənclər İnkişaf Mərkəzi və universitetin Ekologiya və torpaqşünaslıq fakültəsinin birgə  təşkilatçılığı ilə “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub” üzvlərinin III Ekoloji Forumu keçirilib.
Tədbiri giriş sözü ilə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva açaraq bildirib ki, keçirilən forum ilk dəfə  1923-cü ildə Bakıda “Təbiəti sevənlər” dərnəyinin yaradılması ilə Azərbaycanda başlanan gənc təbiətçilər hərəkatının 95 illiyinə həsr olunub. Professor İ. Əliyeva keçirilən forumun əhəmiyyətindən bəhs edib, məktəblilərin ekoloji biliklərinin artırılmasında, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasındakı rolundan danışıb.
Sonra Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsəova, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov,  Təhsil Nazirliyi Respublika Uşaq-gənclər İnkişaf  Mərkəzinin direktoru, dosent Firuzə Sultanzadənin çıxışları dinlənilib. Bildirilib ki, Təhsil Nazirliyinin Ekoloji tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabr ayından etibarən Bakı şəhərinin orta məktəblərində yaradılan ekoloji klublarda müasir innovativ təlim texnologiyaları tətbiq olunmaqla yeni ekoloji modul təhsil proqramları tədris edilib. “Ekoklub” üzvləri ekologiyanın əsaslarını öyrənərək ətraf mühitin qorunması və təbii resursların davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələniblər. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən etibarən hər il Ekoklub üzvlərinin Ekoloji Forumları keçirilir.
Forumun proqramı çərçivəsində ekoklub liderlərinin illik hesabatı dinlənilib, yeni fəaliyyət planları müzakirə edilib və flaşmob təşkil olunub.
Qeyd edək ki, “Yaşıl şəbəkə” devizi altında keçirilən III Ekoloji Forumda Bakı şəhəri üzrə 40 orta təhsil məktəblərində fəaliyyət göstərən 2000 Ekoklub üzvləri arasından seçilmiş 400 məktəbli iştirak edib.


http://bsu.edu.az/az/news/bduda_ekoklub_zvlrinin_iii_ekoloji_forumu_keirilib

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.