Ekologiya və torpaqşünaslıq fakültəsi
26/09/2017
BDU-da “Beynəlxalq bilik mübadiləsi vasitəsi ilə təhsildə islahat” layihəsi çərçivəsində görüş keçirilib

Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Portuqaliyanın Lissabon Universiteti, Leyriya Universiteti və İspaniyanın Korunya Universitetinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TEMPUS proqramının “Beynəlxalq bilik mübadiləsi vasitəs iilə təhsildə islahat” layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan tədbiri açan prorektor, professor Aydın Kazımzadə bildirib ki, görüşün məqsədi magistratura səviyyəsində ətraf mühit elmləri sahəsi üzrə ikili dərəcələrin verilməsinin təşviqi və bu sahədə təhsil alan tələbələrə bu istiqamətdə ətraflı məlumat verməkdir.
Daha sonra çıxış edən Biologiya fakültəsinin dosenti Yaşar Ömərov layihə, Ekoloji kimya kafedrasının  dosenti  Elmina Qədirova isə layihə çərçivəsində “Ekologiya” ixtisası üzrə mühazirələrin və dərs vəsaitinin hazırlanması barədə məlumat veriblər.
Avropa universitetlərinin təmsilçiləri isə çıxışlarında layihənin, o cümlədən gələcəkdə də təhsil sahəsində əlaqələrin uğurla davam etdirilməsinin önəmindən bəhs ediblər. Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, BDU-nun Biologiya fakültəsinin  dekanı, professor Akif  Quliyev, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Coğrafiya”, “Geologiya”, “Biologiya”, eləcə də, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müvafiq ixtisasları üzrə təhsil alan IV kurs tələbələri və I kurs magistrantları iştirak ediblər.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.