Ekologiya və torpaqşünaslıq fakültəsi
31/01/2018
BDU və Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb. Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Bilik Fondunun icraçı direktoru Oktay Səmədov imzalayıblar. Memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.
Rektor Abel Məhərrəmov universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı kadr hazırlığı barədə ətraflı məlumat  verib. Akademik Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu ifadə edib.
Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın missiyasından, bu günə kimi görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı əsas götürərək, Azərbaycanın bütün rayonlarında flaqman ali təhsil ocağının yetirmələri ilə görüşlərin keçirilməsi  nəzərdə tutulub.
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş 100 tədbirin 2018-ci ilin fevral ayından başlayaraq 2019-cu ilin iyun ayınadək keçirilməsi, tədbirlərdə BDU-nun alim və mütəxəssislərinin iştirakı, sonda 100 görüşü əks etdirən kitabın nəşri və bütün bunların ölkə başçısının sərəncamı ilə elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə böyük töhfə olacağı bildirilib.  Sonda Bilik Fondunun icraçı direktoru Oktay Səmədova “Universitetin Dostu” mükafatı təqdim edilib.


http://bsu.edu.az/az/news/bdu_v_bilik_fondu_arasnda_anlama_memorandumu_imzalanb

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.