Ekologiya və torpaqşünaslıq fakültəsi
24/12/2015
BDU tələbəsi universiteti beynəlxalq tədbirdə təmsil etdi.

15-21 Dekabr 2015-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Nifrət Nitqinə Yox” - “No Hate Speech Movement”  adlı beynəlxalq tədbir keçirilib. Tədbirdə ölkəmizin 3 fərqli ali məktəb tələbələsi iştirak edib. Bakı Dövlət Universitetindən  “Ekologiya və torpaqşünaslıq” fakültəsinin 2-ci kurs tələbəsi Sevinc Paşayeva universitetimizi layiqincə təmsil edib. Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən tədbirdə ölkəmizdə olan bərabərlik, ayrı-seçkilik məzmunlu nifrət nitqi müzakirə olunub. Qeyd edək ki, “No Hate Speech Movement” – “ Gənclərin Nifrət Nitqinə qarşı Mübarizəsi” kampaniyası bərabərliyi, ləyaqəti, insan hüquqlarını və müxtəlifliyi müdafiə edir və dəstəkləyir. Kampaniyanın məqsədi insan haqları pozuntularını üzə çıxarmaq və belə hallara qarşı çıxmaq üçün zəruri bacarıqlarla təmin etməklə irqçilik və ayrı-seçkilik məzmunlu nifrətə qarşı mübarizə aparmaqdır.

 

 

 

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.