Ekologiya və torpaqşünaslıq fakültəsi
22/10/2014
BDU tələbələri pulsuz ingilis dilini öyrənə biləcəklər

Bakı Dövlət Universitetində Tələbə həmkarlar ittifaqı komitəsinin (BDU THİK) təşkilatçılığı ilə pulsuz ingilis dili conversationları keçiriləcək.
BDU THİK-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşid Mustafazadənin saytımıza verdiyi məlumata görə, ingilis dili conversationları hər həftənin şənbə günü peşəkar müəllimlər tərəfindən aparılacaq. Bakı Dövlət Universiteti tələbələri üçün nəzərdə tutulan bu layihənin məqsədi ingilis dilini təkmilləşdirmək istəyən, lakin müəyyən səbəblərdən bunu edə bilməyən tələbələrə universitet divarlarını tərk etmədən imkan yaratmaq və dəstək olmaqdır", - deyə departamentdən bildirilib. Conversationlara qatılmaq istəyən BDU tələbələrinin THİK-ə müraciət etmələri yetərlidir. Bunun üçün tələbələrbduthik@gmail.com elektron poçtu və ya 012 539 05 43 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.Qeyd olunur ki, gələcəkdə rus və digər dillər üzrə conversation və dərslərin keçirilməsi planlaşdırılır.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.