Ekologiya və torpaqşünaslıq fakültəsi
09/04/2018
BDU rektoru doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş 200-ə yaxın gənc alim və mütəxəssislə görüşüb. Universitetin dünyanın bir sıra qabaqcıl elm, təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümumi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dən çox yerli və beynəlxalq proqram, qrantlarda iştirak etdiyini deyən rektor, doktorantları bu layihələrə qatılmağa çağırıb. Rektor artıq iki ildir ki, Azərbaycan alimlərinə Tomson Reyter Agentliyinin elmi bazasından istifadə imkanlarının yaradıldığını deyərək doktorantlara bu bazadan istifadə etməyi məsləhət görüb. Dünya elminə inteqrasiya, innovativ istiqamətlərin inkişaf etdirilməsi və keyfiyyətin yüksəldilməsi üçün artıq bir neçə ildir ki, hər bir doktoranta biri xarici ölkədən olmaqla iki elmi rəhbərin və ya məsləhətçinin təyin olunması, doktorantların xarici ölkələrə ezam edilməsi, o cümlədən xarici ölkələrdən olan elmi rəhbərlərin ölkəmizə dəvəti, onların elmi müzakirələrdə və müdafiə proseslərində iştirakları barədə danışıb.
Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev ikili rəhbər və ya məsləhətçinin üstünlüklərindən danışıb, elmi-tədqiqat işləri ilə əlaqədar xaricə göndərilən doktorantlar barədə məlumat verib.
Tədbirdə daha sonra BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırıblar.


http://bsu.edu.az/az/news/bdu_rektoru_doktoranturaya_qbul_olunmu_gnc_alim_v_mtxssislrl_grb

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.