Ekologiya və torpaqşünaslıq fakültəsi
27/04/2018
BDU rektoru Avrasiya Universitetlər Assosiasiyası Şurasının iclasında çıxış edib

Rusiya Federasiyasının Petr Velikiy adına Sankt-Peterburq Politexnik Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib.
İclasda Bakı Dövlət Universitetinin (BDU) rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov da iştirak edib. Şuranın iclasını Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıb. Akademik V.Sadovniçi AUA-nın 2017-ci ilə aid hesabatını təqdim edib, müasir dövrdə universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin genişləndiriliməsinin əhəmiyyətindən danışıb, həmçinin Assosiasiyanın XIV qurultayına hazırlıq məsələləri barədə məlumat verib.
Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov iclasın əlamətdar bir tarixdə - Rusiya Rektorlar İttifaqının XI qurultayı günündə keçirilməsini yüksək dəyərləndirib. O, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı, o cümlədən yubileyin UNESCO-nun dəstəyi ilə Parisdə qeyd olunacağı barədə məlumat verib. AUA-nın 2019-cu il qurultayına aid tədbirlər siyahısına BDU-nun 100 illiyinə həsr olunmuş tədbirin salınmasının Müsəlman Şərqində ilk klassik universitetin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olduğunu söyləyib. Akademik Abel Məhərrəmov çıxışında birgə tədqiqat və təhsil proqramlarının maliyyələşdirilməsi və həyata keçirilməsi məqsədi ilə Avrasiya Assosiasiyası Universitetlərinin fondunun yaradılması, Assosiasiyaya daxil olan universitetlərin tələbələri üçün “Avrasiya təqaüdü”nün təsis edilməsi, universitlərin tədris-təcrübə mərkəzlərində yay məktəblərinin təşkili, BDU-nun Qazax filialının Assosiasiyaya üzv qəbul edilməsi kimi konkret təkliflərlə çıxış edib. Rektor Abel Məhərrəmov çıxışının sonda Şuranın iclasının yüksək təşkilinə görə Andrey İvanoviç Rudskoya təşəkkür edib.
Qeyd edək ki, həmin gün Petr Velikiy adına Sankt-Peterburq Politexnik Universitetində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Rusiya Rektorlar İttifaqının XI qurultayı keçirilib. MDB ölkələrinin universitet rəhbərlərinin, eləcə də tanınmış alimlərin, ictimai-siyasi xadimlərin qatıldığı qurultayda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da iştirak edib.


http://bsu.edu.az/az/news/bdu_rektoru_avrasiya_universitetlr_assosiasiyas_urasnn_iclasnda_x_edib

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.