Ekologiya və torpaqşünaslıq fakültəsi
24/10/2016
BDU professorlarının “Ekosistemlərin ekologiyası və təbiətdən istifadə” kitabı çapdan çıxıb

Bakı Dövlət Universitetinin professorları Nəriman İsmayılov,  Afət Məmmədova və Nərminə Sadıqovanın həmmüəllifi olduqları “Ekosistemlərin ekologiyası və təbiətdən istifadə” kitabı çapdan çıxıb. Kitab ekologiya və təbiətdən istifadənin əsaslarından bəhs edir. Suallar və cavablar şəklində təqdim olunan, innovativ xüsusiyyətləri ilə seçilən nəşrdə təqdim olunan illüstrasiyalar məlumatların daha yaxşı mənimsənilməsinə kömək edir.
Fundamental xarakter daşıyan bu dərslikdə biosfer və onun quruluşu, müxtəlif ekosistemlərin (torpaq, atmosfer, su) xarakteri, şəhərlərin ekologiyası, insan ekologiyası, təbii fəlakətlər, kosmik ekologiya, ətraf mühitin çirklənməsi və digər aktual problemlər əksini tapıb.
Monoqrafiya, həmçinin görkəmli şəxslərin insan, təbiət, təbiətə qayğı və sevgi haqqında fikirləri ilə də zəngindir.
Dərslik ekologiya, təbiətdən istifadə istiqamətləri üzrə təhsil alan ali məktəb tələbələri, həmçinin ekologiya, təbiətdən istifadə və ekoloji mədəniyyət kimi aktual məsələlərə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məqalələr
Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Plastik tullantılardan alınan neft

İsraildə plastik tullantılardan neft alınması üçün Ətraf mühitin mühafizəsi nazirliyi tərəfindən  Ramat-Xovev şəhərində zavod tikilmişdir

“Ümumrespublika Yaşıllaşdırma” marafonu

“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmışdır