Ekologiya və torpaqşünaslıq fakültəsi
01/11/2017
BDU əməkdaşları tərəfindən hazırlanmış dərslik və metodiki vəsait nəşr edilmişdir

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin baş müəllimi k.e.n. Sahil Həmidov, Ekologiya və torpaqşünaslıq fakültəsinin dosent əvəzi, k.e.n. Fətəli Hüseynov və AMEA Radiasiya Problemləri İnstitunun əməkdaşı k.e.n. Elşad Abdullayev tərəfindən hazırlanmış 10-cu siniflər üçün Kimya dərsliyi və müəllim üçün metodik vəsait “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Kimya fənni üzrə təhsil proqramı (kurikulumu)” əsasında hazırlanmışdır və hazırda ümumtəhsil məktəblərində tədris olunur.
Dərslikdə Kimya fənn kurikulumunun məzmununa daxil olan bütün məzmun standartları 5 bölmədə birləşən 38 mövzuda reallaşdırılmışdır.
Dərslikdə qeyri-üzvi birləşmələrin quruluşu və xassələri, üzvi birləşmələrin təsnifatı, nomenklaturası, alınması, fiziki və kimyəvi xassələri və kimyanın rolu ərtaflı şərh edilmişdir. Neft və daş kömürün emalı prosesləri, neft-kimya sənayesinin inkişafında Azərbaycan alimlərinin rolu göstərilmişdir.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.