Ekologiya və torpaqşünaslıq fakültəsi
19/02/2018
Bakıda “Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş konfrans keçirilib

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda bu qurumun və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə BMT-nin təsis etdiyi “Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin qızlar arasında fəallığı ilə seçilən 50 gənc tədqiqatçısı iştirak edib.
Bakı Dövlət Universitetinin ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva anası, görkəmli kimyaçı alim, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, ömrünün böyük hissəsini bu universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyeva böyük kimyaçı alim olmaqla yanaşı, Azərbaycanın analitik kimya sahəsində ilk qadın akademiki, bir çox elmi yeniliklərin müəllifi kimi tarixə düşüb. S.Hacıyeva vurğulayıb ki, bu görkəmli alimin elmi məqalələri, əsərləri, dərslikləri elm və təhsilimiz üçün əvəzsiz töhfədir, elmi fəaliyyəti gənc nəslə örnəkdir. O, elmdə ailə xəttini davam etdirdiyini deyib, qadınların hərtərəfli inkişafının reallaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən, Azərbaycanda qadınların elmə, mədəniyyətə və iqtisadiyyata verdiyi dəyərli töhfələrdən söz açıb.
Elmin, təhsilin qadınlar üçün əhəmiyyətini qeyd edən S.Hacıyeva bildirib ki, ölkəmizdə bu sahələrin inkişafına böyük diqqət və qayğı göstərilir. Bu məqsədlə Elmin İnkişafı Fondunun təsis edildiyini söyləyən professor gənc tədqiqatçılara yaradılan şəraitdən faydalanmağı, elmlə ciddi məşğul olmağı tövsiyə edib.
Gənc tədqiqatçılar Azərbaycanın və dünyanın tanınmış alimləri haqqında təqdimatlarla çıxış ediblər.
Daha sonra “Qadınlar və qızlar elmdə” mövzusunda videoçarx nümayiş olunub.
Elmin inkişafı sahəsində fəallığı ilə seçilən gənc tədqiqatçılar Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Elmin İnkişafı Fondunun diplomu ilə təltif ediliblər.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.