“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində ali təhsil müəssisələrində tələbələrin maarifləndirilməsi məqsədilə istehsalata tətbiq edilmiş yeni texnika və texnologiyaların mənimsənilməsi, neft sənayesi və ekologiya sahəsində qazanılmış təcrübədən tələbələrin təcrübi biliklərə marağın artırılması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.
Bununla əlaqədar olaraq, Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin 20 nəfər 5-ci kurs tələbələri 09.02.2016-cı il tarixdən 02.03.2016-cı il tarixədək və həmin Universitetdə eyni ixtisas üzrə təhsil alan 22 nəfər 4-cü kurs tələbələri 16.02.2016-cı il tarixdən 03.03.2016-cı il tarixədək “Ekol Mühəndislik Xidmətləri” QSC–nin istehsalat sahələrində istehsalat təcrübəsi keçiblər.
Təcrübə müddətində tələbələrə müvafiq proqram üzrə, yüksək səviyyədə istehsalat təcrübəsi keçmələrinə rəhbərlik, QSC-nin baş direktorun əmri ilə Ekoloji Monitorinq Departamentinin rəisi, təcrübəli mütəxəssis Şahabiddin Albuşova həvalə edilmişdir.
İstehsalat təcrübəsi müddətində tələbələr neft emalı zavodlarında formalaşan, neft məhsulları və digər kimyəvi maddələrlə çirklənmiş axıntı sularının təmizlənməsi üsulları neftşlamın emalı texnologiyaları, eləcə də qurğuların iş prinsipi ilə yaxından tanış olublar.
![]() |
![]() |
![]() |
![]() |
http://www.ekol.az/index.php?action=static_detail&static_id=58070
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.