Ekologiya və torpaqşünaslıq fakültəsi
05/11/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ FAKÜLTƏSİ

 

10 dekabr 2014-cü il tarixində Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkdir.

Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər:

A5 format kağızda yuxarıdan, aşağıdan, soldan və sağdan 2 sm məsafə saxlanılmalıdır. Mətnin yazılması 12 şrift (Times New Roman), sətirlər arası interval 1 olmaqla (2 səhifədən çox olmamaqla) hazırlanmalıdır. Şəkillərin adları mərkəzdə, cədvəllərin adları isə sol kənarda qeyd olunur.

 

N Ü M U N Ə

Antropogen-texnogen çirklənmə şəraitində
bitən bitkilərin ekoloji xüsusiyyətləri

R.A.Həsənova, G.F.Qurbanova
Bakı Dövlət Universiteti

 

M Ə T N

 

 

Tələbata uyğun hazırlanmış konfransın materialları 1 nüsxə kağızda çap olunaraq CD disklə birlikdə 28 noyabr 2014-cü il tarixinə kimi təqdim edilməlidir.

Təşkilat komitəsinin ünvanı: Bakı AZ 1148, Akademik Zahid Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, əsas bina III mərtəbə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanlığı

Əlaqə telefonları: (012) 537-23-83
e-mail: ekotorp@mail.ru

TƏŞKİLAT KOMİTƏSİ

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.