Ekologiya və torpaqşünaslıq fakültəsi
19/10/2016
Bakı Dövlət Universitetində “Sənaye müəssisələrində emissiyaların minimallaşdırılması” mövzusunda forum keçirilib

Bakı Dövlət Universitetində “Regional Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ), sənaye müəssisələrində emissiyaların minimallaşdırılması” mövzusunda forum keçirilib. Forumda BMT-nin Sənayenin İnkişafı Təşkilatı, RSDTİ Nümayiş Komponentinin Azərbaycandakı nümayəndəsi və forumun milli koordinatoru Rauf Rzayev, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov və digər qonaqlar iştirak ediblər. Prorektor, professor İradə Əliyeva tədbiri açaraq onun əhəmiyyətindən danışıb. Daha sonra Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Birləşmiş Millətlər Təşkilatının Sənayenin İnkişafı Təşkilatının təmsilçiləri çıxış ediblər.
Çıxışçılar sənaye müəssisələrində emissiyaların azaldılması üzrə müasir yanaşmalar və praktiki həllər, sənaye müəssisələrində RSDTİ proqramının tətbiqi – emissiyaların azaldılması üzrə imkanlar və nəticələr barədə danışıblar. Tədbirdə  təqdimatlara dair suallar cavablandırılıb, imkanlar, müəssisə və digər təşkilatlarda bu istiqamətdə dəstək,  yardım  və siyasət ehtiyacları kimi məsələlər müzakirə edilib.

Məqalələr
Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Plastik tullantılardan alınan neft

İsraildə plastik tullantılardan neft alınması üçün Ətraf mühitin mühafizəsi nazirliyi tərəfindən  Ramat-Xovev şəhərində zavod tikilmişdir

“Ümumrespublika Yaşıllaşdırma” marafonu

“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmışdır