Ekologiya və torpaqşünaslıq fakültəsi
20/04/2011
Avropa ilə distant təhsil

Rektor, akademik Abel Məhərrəmov Avropanın “TEMPUS”  proqramı  çərçivəsində Bakı Dövlət Universiteti və İngiltərənin Westminster Universiteti arasında magistr pilləsi üzrə distant təhsilin reallaşmasına hazırlıq məqsədilə BDU-ya gəlmiş layihə təşkilatçılarını qəbul edib.
BDU-da 37 beynəlxalq qrant və proqramların həyata keçirildiyi deyən rektor layihələrin əsasən elmi innovasiyalar – nanotexnologiyalar və immunologiyalarla bağlı olduğunu bildirib.
Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev layihənin tətbiqi ilə əlaqədar məlumat verib.
On bir nəfərlik nümayəndə heyətinin layihə koordinatoru İngiltərənin Westminster Universitetindən Nino Porakişvili universitetlə tanışlıqdan, biologiya fakültəsində layihənin tətbiqindən məmnunluğunu ifadə edib və əməkdaşlığın davamlı olacağına inamını qeyd edib.
İngltərənin Westminster, Fransanın Breatgne Occidentale, İtaliyanın L’Aqulia, Gürcüstanın Tiflis Dövlət Universitetlərindən olan layihə üzvləri səfər çərçivəsində fakültənin həyatı, müasir standartlara cavab verən laboratoriyaları, tədris prosesi ilə tanış olub, mühazirələr oxuyublar.
Onu da xatırladaq ki, Avropanın “TEMPUS”  proqramının  Biologiya fakültəsində I layihəsi İmmunologiya laboratoriyanın  yaradılması olub.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.