Ekologiya və torpaqşünaslıq fakültəsi
30/11/2015
Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı işə başlayıb

Noyabrın 30-da Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı öz işinə başlayıb.

Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edirlər.

Tədbirin məqsədi Planetin orta temperatur artımının selsi cədvəli üzrə 2 dərəcədən aşağı səviyyədə saxlanılmasına dair beynəlxalq sazişin imzalanmasıdır.

Azərbaycanı konfransda Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Sənaye, Nəqliyyat nazirliklərinin, SOCAR-ın, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, ölkəmizin Fransadakı səfirliyinin nümayəndələri təmsil edirlər.

Tədbir Parisdə törədilmiş terror aktı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransın açılış sessiyasından sonra iştirakçı ölkələrin prezidentlərinin iclası başlayıb.

Günün birinci yarısında keçirilən plenar iclasa Fransa Prezidenti Fransua Olland, ikinci yarısındakı iclasa isə Meksika Prezidenti Enrike Penya Nieto sədrlik edib.

İclaslarda çıxış edən dövlət başçıları bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.


http://azertag.az/xeber/Parisde_BMT_nin_iqlim_deyisikliyi_ile_bagli_COP_21_konfransi_ise_baslayib-906727

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.