Albaniya Respublikası Parlamentinin sədri İlir Metanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov ölkələrimiz arasında olan münasibətlərdən, o cümlədən təhsil və elm sahəsində qurulan əlaqələrin əhəmiyyətindən danışıb.
Öz növbəsində Albaniya Respublikası Parlamentinin sədri İlir Metan Azərbaycanda və BDU-da olmaqdan məmnunluğunu ifadə edib.
Görüşdə Tirana Texniki və Bakı Dövlət Universiteti arasında qurulan münasibətlərdən də bəhs edilib və əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumu rektorlar - Abel Məhərrəmov və Yorqak Kaçani imzalayıblar. Çıxışlarda bildirilib ki, bundan sonra təhsil, elm sahəsində münasibətlər daha da genişlənəcək, uğurlu nəticələr əldə ediləcək.
Albaniya Respublikası Parlamentinin sədri İlir Metan “Universitetin fəxri qonağı” diplomu ilə təltif edildikdən sonra nümayəndə heyəti bir sıra laboratoriyalarda və mərkəzlərdə olublar. Qonaqlar BDU-da yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, xoş təəssüratla ayrılıblar.

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.