Ekologiya və torpaqşünaslıq fakültəsi
13/10/2015
Akademik Q.V.Dobrovolskinin 100-illiyinə və Beynəlxalq Torpaq ilinə həsr edilmiş konfrans

Bakı  Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin əməkdaşı biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Məhluqə Mail qızıYusifova 5-7 oktyabr 2015-ci il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində akademik Q.V.Dobrovolskinin 100-illiyinə və Beynəlxalq Torpaq ilinə  həsr edilmiş “Torpağın biosferdə və insan həyatında rolu” adlı  konfransın işində iştirak etmişdir.  Konfransda mühüm problemlər müzakirə olunub, bütün dünyada torpaqşünaslıq və torpaq ekologiyası sahəsində aparılan tədqiqatların nəticələri araşdırılıb. Konfransda M.M.Yusifova “Azərbaycanın Lənkəran vilayətinin şimal hissəsinin üzümaltı torpaqlarının  ekoloji qiymətləndirilməsi”  mövzusunda məruzə ilə çıxış etmiş və sertifikat almışdır.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.