Ekologiya və torpaqşünaslıq fakültəsi
23/05/2020
23 may Ekoloqların peşə bayramı günüdür. Təbrik edirik!!!

Azərbaycanda ekoloji problemlərin müvəffəqiyyətlə həll olunmasına böyük səylər göstərilir. Son 20 ildə bu məsələyə xüsusi önəm verilir. Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması sözügedən sahəyə diqqət və qayğının ən bariz nümunəsidir. Həmin vaxtdan da bu nazirlik ekologiya, ətraf mühitin mühafizəsi, geologiya, hidrometeorologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini uğurla həyata keçirir.
Ulu öndərin ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi sahəsində yaratdığı ənənələr Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Dövlət başçısının 16 may 2007-ci il tarixli sərəncamına uyğun olaraq hər il mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 2010-cu il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "Ekologiya ili" elan olunmuşdu. Lakin ekologiyaya qayğı ölkəmizdə heç də mövsümi, yaxud kampaniya xarakteri daşımır, bu, hər gün, hər saat diqqət mərkəzində olan bir məsələdir.
Azərbaycan ekoloqları bütün qüvvə və imkanlarını ölkə əhalisinin sağlam ətraf mühitdə yaşamasının təmin olunmasına yönəldiblər. Bunun sayəsində insanlar təbiətin yurdumuza bəxş etdiyi bütün nemətlərdən bol-bol bəhrələnə bilirlər. Sənaye inkişaf etdikcə, elmi tərəqqi artdıqca, yeni-yeni infrastruktur layihələri reallaşdıqca, ekoloqlarımızın qarşısında bunların təbiətə vurduğu zərəri heçə endirmək kimi məsul və mürəkkəb bir vəzifə dayanır. Başqa sözlə, bu peşə sahiblərinin gördüyü işlər çətin, vacib və çoxşaxəlidir. Onların yerinə yetirilməsində hər birimiz bu gün peşə bayramını təbrik etdiyimiz ekoloqların yaxın dostu və köməkçisi olmalıyıq. Bütün ekoloqları peşə bayramı münasibətilə təbrik edirik!!!

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.