Ekologiya və torpaqşünaslıq fakültəsi
18/03/2015
22 mart - Ümumdünya su ehtiyatları günüdür

Hər il martın 22-də Ümumdünya su ehtiyatları günü, yaxud Ümumdünya su günü (World Day of Water) qeyd olunur. Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.
Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.
Bu günün keçirilməsində məqsəd su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.
BMT Baş Assambleyasının qətnaməsinə əsasən, bu gün su ehtiyatlarının qorunmasına və mənimsənilməsinə həsr olunmuş tədbirlər keçirmək tövsiyə olunur. Bu günün qeyd olunmasına təkcə hökumətlər deyil, QHT-lər, beynəlxalq agentliklər, təhsil və mədəniyyət müəssisələri cəlb olunurlar.
2000-ci ildən etibarən, bu gün yer kürəsində su ehtiyatlarının çirklənməsi və bununla mübarizə mövzusu qaldırılır.
Yer kürəsinin 70 faizi, yəni təqribən 1,4 milyard kv.km ərazi su ilə əhatə olunub. Bunun 97,5 faizi dəniz suyu, 2,5 faizi isə içməli sudur.
İçməli suyun 35 milyon kv.km ərazini əhatə edən 24,4 milyon kv.km-i buzlaqların payına düşür. 10,7 milyon kv.km su ehtiyatı isə yer altındadır. Yer kürəsində olan çayların payına isə yalnız 0,002 milyon kv.km su, yaxud ümumi su ehtiyatlarının 0,01 faizi düşür.
İstifadəçilərin sayı artsa da, su ehtiyatlarında artım qeydə alınmır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artıb.
Beynəlxalq ekspertlərin proqnozlarına görə, içməli su çatışmazlığı XXI əsrin əsas problemlərindən olacaq.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.