Ekologiya və torpaqşünaslıq fakültəsi
21/05/2014
21 May - Beynəlxalq Kosmos günüdür

Beynəlxalq Kosmos günü bütün dünyada 1998-ci ildən bəri qeyd olunur. O zaman beynəlxalq bayramlar təqviminə daha bir bayram əlavə etmək haqqında təklifi açıq kosmosdan amerikan astronavtı Endryu Tomas irəli sürmüşdür. Həmin anda o "Mir" orbital stansiyasında idi. Bu astronavt Rusiyanın "Mir" orbital stansiyasında olmuş sonuncu amerikalıdır. Ondan sonra Rusiya və ABŞ kosmosda fərqli və müxtəlif obyektlərdə tədqiqatlar aparırlar.
Kosmos XX əsrin ən böyük kəşfidir. Lakin ucsuz-bucaqsız kainatı tam öyrənmək mümkün deyil. Ümid edirik ki, yaxın gələcəkdə kosmosu öyrənmək haqqında xəyallarımız həyata keçəcək.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.