Ekologiya və torpaqşünaslıq fakültəsi
15/04/2019
15 aprel - ekoloji biliklər günüdür

Hər il aprelin 15-i dünyanın bir çox ölkələrində ekolojı biliklər günü kimi qeyd olunur. Bu bayramın tarixçəsi 1992-ci ildən başlayır. Həmin il Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinin müzakirə olunduğu konfransında bəşəriyyətin davamlı inkişafı üçün yaşama strategiyanın həyata keçirilməsində dünyanın bütün ölkələrinin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb.
Bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin yayılması və əhalinin ekoloji mədəniyyətinin formalaşması, ekolojı təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılması, habelə ekoloji məsələlər barədə düşünən vətəndaşın tərbiyəsi və hazırlığıdır. Müasir dünyada ekolojı təhsilin mühümlüyü artıq heç kimdə şübhə doğurmur və bir çox ölkələrdə təhsil və tərbiyənin prioritet istiqamətdir. Əhalidə ekolojı mədəniyyətin və təbii mühitə ehtiyatlı yanaşmanın formalaşması üzrə fəaliyyət bütün bəşəriyyət üçün təhlükəsiz gələcəyin təminatıdır.

“Ekologiya” (yunan dilindən “oikos” ev, sığınacaq və “logos” elm) termini ilk dəfə 1866-ci ildə alman bioloqu Ernst Hekkel tərəfindən işlədilib. Müasir mənada ekologiya - orqanizmlərin bir-biri və ətraf mühiti ilə münasibətləri haqqında elm deməkdir. Hazırda hər kəs bəşəriyyətin artan tələbatları və planetin azalmış imkanları arasında səmərəli tarazlığa nail olmaq üçün və bu zaman onsuz da pisləşmiş təbiətin vəziyyətini qoruyaraq minimal ekoloji biliklərə və ətraf mühit ilə ehtiyatlı qarşılıqlı təsir üsullarına malik olmalıdır. Ekolojı təhsil və maariflənmə təbiətin mühafizə problemlərinin həllində mühüm vasitə kimi qəbul edilir.


https://azertag.az/xeber/15_aprel___ekoloji_bilikler_gunudur-846873

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.