Ekologiya və torpaqşünaslıq fakültəsi
Zemfira Mustafayeva

Kənd təsərrüfatı elmləri namizədi, dosent
İş telefonu: +(994)12 432-84-38
E-mail:  z.mustafayeva@mail.ru








QISA BİOQRAFİK MƏLUMAT:
1957-ci il avqustun 27-də Bakı şəhərində anadan olub
1964-1974-cü illərdə 167 saylı Bakı şəhər orta məktəbdə oxuyub
1975-1981-ci illərdə ADU-nun (indiki BDU) biologiya fakültəsində təhsil alıb
1982-ci ildə AMEA-nın Elmi-Tədqiqat Əkinçilik İnstitutunda qiyabi aspiranturaya qəbul olub
1990-cı ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alıb
Ailəlidir, iki övladı var

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1981-ci ildə ADU-nun (indiki BDU) biologiya fakültəsini bitirib
1990-cı ildə “Suvarılan boz-qonur torpaq şəraitində azot gübrəsi formalarının arpa bitkisi altında səmərəliliyi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib

ƏMƏK FƏALİYYƏTİ
1974-1976 Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda baş laborant vəzifəsində işləyib
1976-h/h Bakı Dövlət Universitetində işləyir
1976-cı ildə BDU-nun Biologiya fakültəsinin Mikrobiologiya kafedrasına işə qəbul olunub. Mikrobiologiya kafedrasında laborant, baş laborant vəzifələrində işləyib
1993-cü ildən Mikrobiologiya kafedrasında 0,5 ştatda müəllim işləyib
2000-ci ildən tam ştatda müəllim seçilib
2004-cü ildə Torpaqşünaslıq kafedrasının yaradılması ilə əlaqədar həmin kafedraya keçirilib və həmin ilin dekabr ayında baş müəllim vəzifəsinə müsabiqədən keçirilib
2006-cı ildən Torpaqşünaslıq kafedrasında dosent vəzifəsində çalışır
Apardığı dərslər: Aqrokimya, Torpaqşünaslıq, Ümumi əkinçilik, Torpaq bakteriyaların ekologiyası, Torpaq yosunlarının ekologiyası. 56 elmi əsərin və 1 dərsliyin müəllifidir

TƏDQİQAT SAHƏSİ
Torpaqşünaslıq və torpağın ekologiyası

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2006, Beynəlxalq elmi-praktiki konfrans. Rostov-na-Donu
2006, Ümumrusiya elmi-praktiki konfrans. Yoşkar-Ola
2007, “Torpaqların ekologiyası və biologiyası” Beynəlxalq elmi konfrans. Rostov na-Donu
2007, Beynəlxalq elmi konfrans. Pavlodar
2007, Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya” “Təbıət və cəmiyyət problemləri” Beynəlxalq elmi konfrans, Bakı
2007, Beynəlxalq elmi-praktiki konfrans.Tomsk
2008, Beynəlxalq elmi-praktiki konfrans.Sankt-Peterburq
2008, Beynəlxalq elmi-praktiki konfrans.Tomsk
2008, Beynəlxalq elmi-praktiki konfrans.Ufa
2008, Beynəlxalq elmi-praktiki konfrans.Bakı
2010, Beynəlxalq elmi-praktiki konfrans.Tomsk
2013, Respublika elmi konfrans.Bakı

SEÇ
İLMİŞ ƏSƏRLƏRİ:
2006, Azərbaycanın Böyük Qafqaz vilayəti torpaqlarının ekoloji monitoringi. Ümumrusiya elmi-praktiki konfrans.Yoşkar-Ola,səh.82-84.(Həmmüəlliflər ilə)
2006, Azərbaycanın bəzi çay hövzələrində torpaqların ekoloji monitoringi.. Beynəlxalq elmi konfrans.Rostov-na Donu, səh.462-464(Həmmüəlliflər ilə)
2007, Böyük Qafqazın dağ-meşə-qəhvəyi torpaqlarının bəzi fiziki-kimyəvi göstəricilərinin antropogen təsirdən dəyişilməsi. “Torpaqların ekologiyası və biologiyası” Beynəlxalq elmi konfrans.Rostov-na-Donu,səh.245-247 (Həmmüəlliflər ilə)
2007, Böyük Qafqazın (Azərbaycan daxilində) dağ-çəmən-bozqır və dağ-meşə-qəhvəyi torpaqlarının ekoloji vəziyyəti. П Beynəlxalq elmi-praktiki konfrans.Pavlodar,səh.135-137 (Həmmüəlliflər ilə)
2007, Böyük Qafqazın dağ-boz-qəhvəyi torpaqlarının ekoloji xüsusiyyətləri. Beynəlxalq elmi konfrans.BDU.Bakı, səh.348-349 (Həmmüəlliflər ilə)
2007, Böyük Qafqaz (Azərbaycan daxilində) torpaqlarının ekoetik problemləri. Universitetlər arası elmi-əsərlər toplusu.Cild 4, №4, Tomsk, səh.75-78 (Həmmüəlliflər ilə)
2008, Böyük Qafqazın torpaq örtüyünün bioekoloji xüsusiyyətləri və mühafizəsi. П Beynəlxalq elmi-praktiki konfransın materialları. Sankt-Peterburq, səh.200-203 (Həmmüəlliflər ilə)
2008, Böyük Qafqazın landşaft komplekslərinin mühafizə problemləri. Elmi əsərlər toplusu. Buraxılış 1, Tomsk, səh.114-115 (Həmmüəlliflər ilə)
2008, Böyük Qafqaz torpaqlarının aqroekoloji xüsusiyyətləri və bonitirovkası. Beynəlxalq elmi-praktiki konfransın materialları. Ufa, səh.21-24 (Həmmüəlliflər ilə)
2008, Böyük Qafqazın landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi və onların qorunması. Təbii resurslar.Beynəlxalq jurnal №2, BDU, Bakı, səh.44-52 (Həmmüəlliflər ilə)
2010, Böyük Qafqazın torpaq-landşaft komplekslərinin müasir ekoloji vəziyyəti.Fundamental elmlər və praktika.Elmi əsərlər toplusu.Tomsk, səh.25-26 (Həmmüəlliflər ilə)
2013, Böyük Qafqazın dağ-meşə ekosistemlərində antropogen amillərin torpaqların ekoloji vəziyyətinə təsiri. Azərbaycan Milli Elmlər Akademiyası Aqrar Elmlər Bölməsi. “Torpaqşünaslıq və Aqrokimya” jurnalı.Bakı-“Elm”-2013,səh.589-591 (Həmmüəlliflər ilə)
2014 Quba rayonunun torpaq örtüyünün  müasir ekoloji vəziyyəti və ondan səmərəli istifadə // AMEA Aqrar Elmlər Bölməsi “Torpaqşünaslıq və Aqrokimya” jurnalı,  № 2,  s. 428-430 ( həmmüəlliflə).
2015 Böyük Qafqazın şimal-şərq yamacı dağ-meşə zonasının torpaq-landşaft dəyişkənliyi” // Jurnal “Alimlərin Avrasiya ittifaqı”, № 4 (13),  s.44-45. (İF 0,388). (həmmüəlliflə).
2015 Böyük Qafqazın şimal-şərq yamacı yay otlaq torpaqlarının qiymətləndirilməsi // Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin rolu və regional inkişafda ekoloji balansın qorunması” mövzusunda  Beynəlxalq seminar, Bakı,  s. 82-84 (həmmüəlliflə).
2016 Böyük Qafqazın şimal-şərq yamacı yüksək dağ landşaftı torpaqlarının münbitlik göstəricilərinin antropogen amillərin təsirindən dəyişilməsi //  “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin artual problenləri” V Respublika Elmi konfransı, Bakı,  s.110-112. (həmmüəlliflə).

KİTABLAR:
2008, Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və bitkiçiliyin əsasları. Dərslik. Bakı, “Elm”, 324 səh.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.