Aqrar elmlər üzrə fəlsəfə doktoru, müəllim
iş telefonu: (+99412) 538-74-96
QISA BİOQRAFİK MƏLUMAT
1953-cü ildə Şamaxı rayonunda doğulmuşdur.
1960-70-ci illərdə Şamaxı rayonu, Nərimankənd kənd orta məktəbində oxumuşdur.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1971-75-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki N.Tusi adına Azərbaycan Pedaqoji Universisteti) Coğrafiya fakültəsini tələbəsi;
1975-78-ci illərdə Göyçay rayonu, Alpout kənd opta məktəbində coğrafiya müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və aqrokimya institutunun aspirantı;
1976-77-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə; 1978-92-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və aqrokimya institutunda mhəndis, kiçik elmı və böyük elmi işçi kimi işləmişdir.
1982-ci ildə “kənd təsərrüfatı elmləri namizədi” alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
1992-1997-ci illərdə Dövlət Torpaq Komitəsində şöbə müdiri ( idarə rəisi) olmuşdur.
1997-2015- ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
2015-ci ilin noyabr ayindan Yerquruluşu və kadastr kafedrasının müəllimidir.
ƏMƏK FƏALİYYƏTİ
·Suvarılan torpaq sahələrində pambıq bitkisi altında biokimyəvi proseslərin tənzimlənməsində üzvi maddələrin (torf və yanar şist əlavə edilməklə) rolu;
·Kür-Araz ovalığının allüvial boz-çəmən torpaqlarında pambıq bitkisinin veğetasiya dövrü ərzində biokimyəvi proseslərin intensivliyinin öyrənilməsi;
·Suvarılan torpaq sahələrində pambıq bitkisinin məhsuldarlığının artırılması məqsədi ilə optimal üzvi (torf və yanar şist) və mineral kübrə normasının müəyyən edilməsi; Torpaq islahatı prosesində əməli köməkliyin göstərilməsi;
·Torpaq islahatı prosesində əməli köməkliyin göstərilməsi;
·Respublikanın torpaq ehtiyatlarının məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq istifadəçiliyinə dövlət nəzarətinin təşkilində qanunvericilik və digər hüquqi-normativ sənədlərin hazırlanması;
·Respublikanın torpaq ehtiyatlarının müxtəlif mülkiyyət növləri üzrə istifadəçilində torpaq qanunvericiliyinin tələblərinin icrasında məhkəmə qərardadlarının cavablandırılması və ya müvafiq məhkəmə araşdırmalarının həyata keçirilməsi;
TƏDQİQAT SAHƏSİ
Torpaq kadatsrı
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 1. Uçar rayonunun boz-çəmən torpaqlarında pambıq bitkisinin inkişaf fazalarında torfun nitrifikasiya prosesinə təsiri (rus dilində). Azərbaycan SSR EA-nın biologiya və ictimai elmlər bölməsinin aspirantlarının elmi konfransının materialları, Bakı, 1980.
- 2. Boz-çəmən torpaqlarında minral və üzvi kübrələrin ureaza prosesinə təsiri (rus dilində). “Torpaqların və mineral kübrələr sisteminin səmərəli istifadə
olunması” mövzusunda keçirilən elmi konfransın materialları, Bakı, 1980.
3. Üzvi kübrələrin torpaqda karbon qazının ayrılmasına təsiri (rus dilində). Aspirantların elmi konfransının materialları, Bakı, 1981.
4. Torpaqda bioloji rposeslərə üzvi kübrələrin təsiri(rus dilində). Fiziki-kimyəvi, biolojielmlər bölməsiaspirantlarının elmi konfransınınmaterialları, Bakı, 1981.
5. Boz-çəmən torpaqlarında mineral və üzvi kübrələrin təsiri ilə karbon qazının ayrılma intensivliyi(rus dilində). Azərbaycan SSR EA-nın Coğrafiya İnstitutunun gənc alimlərinin XII elmi konfransının materialları, Bakı, 1981.
6. Şamaxı sututarları. “Kənd həyatı” jurnalı, №5, 1984, səh.44.
7. Elmi-texniki tərəqqi və kənd təsərrüfatının kimyalaşdırılması. “Abşeron”qəzeti, 21.07.1985 , №84 (3461).
8. Əkinçilik mədəniyyətinin carçısı. “Elm” qəzeti, 21.09.1985, №8(10).
9. Tərəvəzçilik institutunda. “Elm və həyat” jurnalı, №1, 1985, səh.1.
10.Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin VII qurultayında (Q.Ş.Məmmədovla həmmüəllifliklə). “Elm” qəzeti, 07.12.1985, №16 (18).
11. Aqrar-sənaye kompleksləri yenidənqurma yollarında. “Kənd həyatı” jurnalı, №7, 1986, səh.22.
12. Kənd təsərrüfatında milli-tarixi ənənələrin elmi-nəzəri əsasları. Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin əsərləri. 2008.
13. Müqəddəs ocaqlarımız və ekoloji tərbiyə. BDU-nun Coğrafiya fakültəsinin 60 illiyi ilə bağlı “Azərbaycanda Coğrafiyanın aktual məsələləri” mövzusunda keçirilən elmi konfransın materialları, Bakı, 2005, səh.98.
14. Dağlıq Şirvan iqtisadi rayononun kadastr məlumatlarınin iqtisadi əhəmiyyəti. “Ekologiya və ətraf müritin mühafizəsi” mövzusunda keçirilən konfransın materialları, 2014.
15.M.H.Vəliyevin (Baharlının) “Azərbaycan” əsərinin iqtisadi əhəmiyyəti baxımından təhlili, Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (iqtisadiyyat bölməsi), №1,2016.(Qərib Məmmədov və Teymur Nizamzadə ilə həmmüəllifliklə
16. Q.Yunusoğlu Q.Ş.Məmmədov, T.N.Nizamzadə,. M.N.Vəliyevin (Baharlının) “Azərbaycan” əsərində torpaq istifadəçiliyində olan problemlərin həlli yollarının tarixi səciyyəsi (məqalə), Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin Əsərlər Toplusu. 14 cild, Bakı, Elm, 2016, s.189-19
17. Q.Yunusoğlu Q.Ş.Məmmədov, T.N.Nizamzadə,. M.H.Vəliyevin (Baharlı) “Azərbaycan” əsərinin iqtisadi əhəmiyyəti baxımından təhlili (məqalə), Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsitutunun Elmi Əsərləri, 2016, s.7-3. Yunusoğlu Q ,Məmmədov Q.Ş, Nizamzadə T.N. Azərbaycan
18. Respublikasında daşınmaz əmlakın kadastr sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramının əsas istiqamətləri (tezis), Bakı Universitetinin xəbərləri, Bakı, 2018, s.121
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.