Yerquruluşu və kadastr kafedrası, böyük laborant
E-mail: qurbanova_k@inbox.ru
QISA BİOQRAFIK MƏLUMAT:
1989- cu il iyul ayının 27-də Bakı şəhərində anadan olub. 2007-ci ildə məktəbi bitirib. 2007-2011 ci illərdə Bakı Dövlət Universitetinin “Ekologiya və torpaqşünaslıq” fakültəsində “Torpaqşünaslıq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2016-2018- ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetini “Torpaqların aqroekoloji qiymətləndirilməsi və tiplərə ayrılması” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin “Yerquruluşu və kadastr” kafedrasında laborant, 2015-ci ildən böyük laborant vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI:
2007-2011 - Bakı Dövlət Universitetinin “Ekologiya və torpaqşünaslıq” fakültəsinin tələbəsi.
2016-2018 - Azərbaycan Dövlət Aqrar Universitetinin magistrı..
5 elmi əsərin müəllifidir.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. K.R.Qurbanova, L.R.Kərimova. Qanıx – Azərbaycanda neftlə çirklənmiş torpaqların ekoloji səciyyəsi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş ”XXI əsrdə Ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” VI respublika elmi konfransının materialları, 4-5 may, Bakı – 2017 səh173-174
2. K.R.Qurbanova. Neftlə çirklənmənin torpağın bioloji xüsusiyyətlərinə təsiri. Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş “EKOLOGiYA: TƏBiƏT VƏ CƏMiYYƏT PROBLEMLƏR”mövzusunda III Beynəlxalq elmi konfransın MATERİALLARI 26-27 dekabr, Bakı 2017, səh.62-63
3. K.R.Qurbanova Abşeron yarmadasında neftlə çirklənmiş boz-qonur torpaqların ekoloji xüsusiyyətləri və rekultivasiya üsulları. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş magistrantların XVII Respublika Sumqayıt-2017, səh.79-80
4.К.Р.Гурбанова. ЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ И ФИТОМЕЛИОРАТИВНЫЕ МЕТОДЫ ОЧИСТКИ ЗАГРЯЗНЕННЫХ НЕФТЬЮ СЕРО-БУРЫХ ПОЧВ АПШЕРОНСКОГО ПОЛУОСТРОВА МЭСК-2017 МАТЕРИАЛЫ XXII МЕЖДУНАРОДНОЙ ЭКОЛОГИЧЕСКОЙ СТУДЕНЧЕСКОЙ КОНФЕРЕНЦИИ ЭКОЛОГИЯ РОССИИ И СОПРЕДЕЛЬНЫХ ТЕРРИТОРИЙ, ст-85 Новосибирск 2017
5. K.R.Qurbanova, Ə.H.Ibarhimov. Investigation of morphogenetic properties and reclamation methods of oil polluted soils of Absheron peninsula "Ətraf mühitin və torpaq resurslarının mühafizəsi " Beynəlxalq konqresin materialları Almata- 2018
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.