Ekologiya və torpaqşünaslıq fakültəsi
Qasımlı Fidan Eldar q.

Ekologiya və torpaqşünaslıq fakültəsi
Akademik məsləhətçi
Telefon:   (+994) 012 537 23 83
e-mail: fidash1988@gmail.com







QISA
BİOQRAFİK MƏLUMAT
1988-ci ildə Bakı şəhərində anadan olub.
2009-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.
2011-ci ildə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
Hazırda Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində tyutor vəzifəsində çalışır.

 

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2005-2009  Bakı Dövlət Universiteti, Kimya fakültəsi, bakalavr,
2009-2011 Bakı Dövlət Universiteti, Kimya fakültəsi, magistr, ixtisas “Bərk cismlər kimyası”

 

ƏMƏK FƏALİYYƏTİ
2012-ci ildən Ekologiya və torpaqşünaslıq fakültəsində akademik məsləhətçi vəzifəsində çalışır.

TƏDQİQAT SAHƏSİ

SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİ

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.