Ekologiya və torpaqşünaslıq fakültəsi
Məmmədov Qərib Şamil oğlu

Torpaqşünaslıq kafedrasının müdiri
b.ü.e.d., professor
e-mail: garibmammadov1@gmail.com
Tel: (+99412)4976941

 






QISA BİOQRAFİK MƏLUMAT
Məmmədov Qərib Şamil oğlu 6 yanvar 1947-ci ildə Ermənistan Respublikasının Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Atası Şamil Mamoy oğlu Məmmədov, anası Məsmə Rəcəb qızı Məmmədovadır. Qərib Məmmədov 1965-ci ildə Amasiya rayonunda orta məktəbi müvəffəqiyyətlə başa vurmuş, 1966-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuş, həmin fakültənin komsomol təşkilatının katibi və tələbə elmi cəmiyyətinin üzvü olmuşdur. 1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamış, sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972-1980), baş elmi işçi(1980-1984), laboratoriya rəhbəri(1984-1994), institutun direktoru (1994-2000) vəzifələrində işləmişdir. 1979-cu ildə SSRİ AAK tərəfindən aqrar elmlər üzrə fəlsəfə doktoru, 1992-ci ildə SSRİ AAK tərəfindən ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmiş və professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Qərib Məmmədov I çağırış (1996) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1997-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir. 2011-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsininakademik-katibi olmuşdur[4]. 2016-cı ildən AMEA-nın aqrar məsələlər üzrə müşaviridir. Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2016, akademik, Aqrar məsələlər üzrə müşavir, AMEA
2011-2016, akademik, Aqrar Elmlər Bölməsinin akademik-katibi, AMEA
2004, müxbir üzvü, Ekologiya və torpaqşünaslıq fakültəsinin, BDU
1994-2000, a.e.ü.f.d., a.e.ü.e.d.,  professor, Torpaqşünaslıq və Aqrokimya institute, AMEA
1984-1994, a.e.ü.f.d., a.e.ü.e.d., professor, Torpaqşünaslıq və Aqrokimya institute, AMEA
1972-1984, k.e.i, b.e.i, Torpaqşünaslıq və Aqrokimya institutu, AMEA
1966-1970, tələbə, Coğrafiya-biologiya fakültəsi, Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Namizədlik dissertasiyasının mövzusu “Mil düzünün qərb hissəsinin otlaq torpaqlarının aqroekoloji xarakteristikası və bonitirovkası”
Doktorluq dissertasiyasının mövzusu: “Azərbaycanın kənd təsərrüfatı və meşə torpaqlarının ekoloji qiymətləndirilməsi”

ƏMƏK FƏALİYYƏTİ
2016, AMEA-nın aqrar məsələlər üzrə müşavir
2011-2016, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi
2004, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiri
2001-2015, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
1997-2001, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri
1996, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1994-2000 Torpaqşünaslıq və Aqrokimya institutu direktor
1984-1994 Torpaqşünaslıq və Aqrokimya institutunda laborotoriya müdiri
1980-1984 Torpaqşünaslıq və Aqrokimya institutunda baş elmi işçi
1972-1980, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi
Tədris etdiyi fənlər: Torpaqşünaslıq", "Torpaq coğrafiyası" və "Ekologiya"
Elmi əsərlərin sayı: 700
Metodik tövsiyə və kitabça: 30
Müəlliflik şəhadətnaməsi və patent 36
Səmərəli təklif: 5
Dərs vəsaitlərinin sayı: 20
Monoqrafiya: 30
Fəlsəfə doktorları: 53
Elmlər doktorlari: 14

TƏDQİQAT SAHƏSİ
Azərbaycan torpaqlarının aqroekoloji qiymətləndirilməsi və bonitirovkası, torpaq kadastrı, hüquqi elmi və praktiki məsələləri, torpaq ehtiyatlarının öyrənilməsi, Azərbaycanda torpaq islahatlarının və bütövlükdə aqrar islahatların təhlili və elmi təminatı.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1. 1980-ci ildə Zaqafqaziyanın gənc alim və aspirantlarının Tbilisi şəhərində keçirilən yubiley konfransında «Azərbaycanın meşə torpaqlarının bonitirovkası» mövzusunda məruzəsi.
2. 1980-ci ildə Krasnoyarsk]] (Rusiya) və Aşqabad (Türkmənistan) şəhərlərində keçirilən konfranslarda məruzələri.
3. 1981-ci ildə Aşqabaddakı “Türkmənistanın torpaq örtüyünün səmərəli istifadə olunması”na dair konfransda «Azərbaycanın torpaq örtüyünün səmərəli istifadə olunması» mövzusunda məruzəsi.
4. 1981-ci ildə Yerevandakı Zaqafqaziya gənc alimlərinin konfransında «Torpağın münbitliyi və bonitirovkasına» həsr olunmuş məruzəsi.
5. 1981-ci ildə Tbilisi şəhərində keçirilmiş “Torpaqşünasların VI Ümumittifaq qurultayında” «Zaqafqaziya torpaqlarının kompleks qiymətləndirilməsi məsələləri» mövzusunda məruzəsi.
6. 1981-ci ildə Daşkənd şəhərində «Torpaqların bonitirovkası»na dair Ümumittifaq elmi şurasının iclasında «Yem bitkilərinin torpaqlarının münbitliyi»nə həsr olunmuş məruzələri.
7. 1984-cü ildə Aşqabad şəhərində keçirilmiş Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin filialının IV elmi-praktik konfransında «Otlaq torpaqlarının məhsuldarlığı və səmərəli istifadə olunması» mövzusunda məruzəsi.
8. 1985-ci ildə Azərb. Coğrafiya Cəmiyyətinin V qurultayında «Böyük Qafqazın yay otlaq torpaqlarının münbitliyinə eroziya proseslərinin təsiri» mövzusunda məruzəsi.
9. 1985-ci ildə Daşkənd şəhərində keçirilmiş Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin VII qurultayında «Azərbaycan torpaqlarının aqroistehsalat qruplaşması və münbitlik modeli» mövzularında məruzələri.
10. 1986-cı ildə Barnaulda keçirilən «Sibirin və Uzaq Şərqin torpaq-qiymətləndirmə problemləri»nə həsr olunmuş konfransda «Relyef nəzərə alınmaqla Azərbaycanın torpaq-qiymətləndirmə xəritələrinin tərtib olunması metodikası» mövzusunda məruzəsi.
11. 1987-1988-ci ildə Puşino şəhərində keçirilən «Xəritəçilikdə relyef nəzərə alınmaqla plastika metoduna və torpaq örtüyünə antropogen amillərin təsiri»nə həsr olunmuş konfranslarda məruzələri.
12. 1988-ci ildə Moskva şəhərində keçirilən “Torpaqların münbitliyi”nə həsr olunmuş konf-ransda «Azərbaycan torpaqlarının münbitlik modeli və idarə olunması» mövzusunda məruzəsi.
13. 1988-ci ildə Barnaul şəhəri «Sibir torpaqlarının suvarılması problemi»nə dair konfransda «Azərbaycanın suvarılan torpaqlarının münbitliyi və qiymətləndirilməsi» mövzusunda məruzəsi.
14. 1988-ci ildə Ufa şəhərində keçirilən konfransda «Azərb. SSR-in kənd təsərrüfatı və meşə torpaqlarının qiymətləndirilməsinə dair» mövzusunda məruzəsi.
15. 1989-cu ildə Moskva şəhərində keçirilən Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin VIII qurultayında «Azərbaycanın torpaq örtüyünün strukturu» mövzusunda məruzəsi.
16. 1989-cu ildə Moskva şəhərində keçirilən «Yemçilik təsərrüfatının inkişafı»na həsr edilmiş konfransda «Azərbaycanın Mil düzünün otlaq torpaqları» mövzusunda məruzəsi.
17. 1990-cu ildə Novosibirsk şəhərində keçirilən “Torpaq münbitliyinin qiymətləndirilməsi prinsipləri” konfransında «Azərb. SSR torpaqlarının qiymətləndirilməsi prinsipləri haqqında» mövzusunda məruzəsi.
18. 1991-ci ildə Puşino şəhərində keçirilən «Kiçik Qafqazın spiralvarı torpaq zonallığı» mövzusunda məruzəsi.
19. 1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində «Azərbaycanın kənd təsərrüfatı və meşə torpaqlarının ekoloji qiymətləndirilməsi» mövzusunda doktorluq dissertasiyasının müdafiəsi.
20. 1993-cü ildə Bakı şəhərində keçirilən «Enerji, ekologiya, iqtisadiyyat» Beynəlxalq sim-poziumunda «Torpağın ekoloji və iqtisadi qiymətləndirmə xəritələri ətraf mühitin mühafizəsinin əsasıdır» möv-zusunda məruzəsi.
21. 1993-cü ildə Moskva şəhərində keçirilən «Torpaq örtüyünün strukturu» Beynəlxalq simpoziumda «Azərbaycanın torpaq örtüyü və onun kənd təsərrüfatında əhəmiyyəti» mövzusunda məruzəsi.
22. 1993-cü ildə Bakı şəhəri «Enerji, ekologiya, iqtisadiyyat» Beynəlxalq simpoziumunda «Ekoloji problemlərin aspektləri və onların həll olunması yolları» və «Azər-baycanın ekoloji konsepsiyaları və onların stistem şəklində öyrənilməsi» mövzularında məruzəsi.
23. 1994-cü ildə Həştərxan şəhərində keçirilən «Xəzəryanı regionun torpaq ehtiyatları»na həsr olunmuş Beynəlxalq konfransda «Azərbaycanın Xəzəryanı zonasının torpaqlarının ekoloji qiymətləndirilməsi» mövzusunda məruzəsi.
24. 1995-ci ildə Sankt-Peterburq şəhərində «Aqrolandşaftın mikroklimatı»na həsr olunmuş Ümumittifaq konfransında «Azərbaycanın kənd təsərrüfatı torpaqlarının istifadəsinin torpaq-iqlim əsasları» mövzusunda məruzəsi.
25. 1995-ci ildə Bakı şəhərində keçirilən «Enerji, ekologiya və iqtisadiyyat» III-cü Beynəlxalq simpoziumda «Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının rekultivasiyası» mövzusunda məruzəsi.
26. 1996-cı ildə Türkiyənin Adana şəhərində keçirilən Beynəlxalq konqresdə «Deqradasiyaya uğramış torpaqların bərpa olunmasının aqroekoloji əsasları və Azərbaycan torpaqlarının ekoloji münbitlik modeli» mövzularında məruzəsi.
27. 1997-ci ildə Bakı şəhərində keçirilən IV-cü Beynəlxalq «Enerji, ekologiya, iqtisadiyyat» konqresində «Azərbaycanın Ceyrançöl otlaq torpaqlarının ekoloji məsələləri, Azərbaycanın çay plantasiyası torpaqlarının ekoloji münbitliyi və Abşeronun neftlə çirklənmiş torpaqlarının rekultivasiyası» mövzusunda məruzəsi.
28. 1998-ci ildə Fransanın Montpelye şəhərində keçirilən Ümumdünya Torpaqşünaslıq Cəmiyyətinin XVI konqresində «Azərbaycanın kənd təsərrüfatı və digər bitkilər altında olan torpaqlarının antropogen amilləri və ekoloji qiymət xəritəsi və onun praktiki əhəmiyyəti» mövzularında məruzəsi.
29. 1999-cu ildə Düşənbə şəhərində keçirilən «Kənd təsərrüfatı bitkilərinin qidalanmasının diaqnostikasına dair» beynəlxalq konfransda «Azərbaycan şəraitində yonca bitkisində qida maddələrinin toplanmasına ekoloji amillərin təsiri» mövzusunda məruzəsi.
30. 1999-cu ildə Bakı şəhərində keçirilən «Enerji, ekologiya, iqtisadiyyat» Beynəlxalq konqresində «Torpaqların ekoloji münbitlik modeli və torpaq islahatının gedişinə dair» mövzularında məruzəsi.
31. 2000-ci ildə Suzdal şəhərində keçirilən V.Dokuçayev adına Torpaqşünaslıq Cəmiyyəti-nin III qurultayında «Azərbaycanın dağ-sənaye rayonlarının ekoloji vəziyyəti və onların yaxşılaşdırılması perspektivləri» və «Azərbaycanda torpaq islahatı» mövzularında məruzəsi.
32. 2000-ci ildə Bakı şəhərində «Enerji, ekologiya, iqtisadiyyat» beynəlxalq konqresində «Abşeronun neftlə çirklənmiş torpaqlarının ətraf mühitə təsirinin qiymət-ləndirilməsi» mövzusunda məruzəsi.
33. 2000-ci ildə Bakı şəhərində «Müasir əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı» 2-ci beynəlxalq elmi-praktik konfransda «Torpaq bazarı və qiymətləndirmə» mövzusunda məruzəsi.
34. 2001-ci ildə Düşənbə şəhərində Beynəlxalq konfransda «Azərbaycanın torpaq-coğrafi zonaları» mövzusunda məruzəsi.
35. 2001-ci ildə Alma-Ata şəhərində keçirilən Beynəlxalq konfransda «Azərbaycanın torpaqları və onların səmərəli istifadə olunması» mövzusunda məruzəsi.
36. 2001-ci ildə Bakı şəhərində keçirilən «Aqrar islahatlar: nəticələr, problemlər» Beynəlxalq konfransında «Torpaq islahatı və torpaq istifadəçiliyindəki mövcud problemlər haqqında» mövzusunda məruzəsi.
36. 2001-ci ildə Astana şəhərində keçirilən XXI əsrdə xaricdə torpaq əmələgəlmənin stra-tegiyası beynəlxalq konfransında «Azərbaycanda torpaq islahatının elmi-nəzəri aspektləri» mövzusunda məruzəsi.
37. 2002-ci ildə Penza şəhərində keçirilən Beynəlxalq konfransda «Azərbaycanın aqroekoloji rayonlaşdırılması» və «Azərbaycan torpaqlarının ekoloji şkalası və onun istifadə edilməsi» mövzularında məruzəsi.
38. 2002-ci ildə «Enerji, ekologiya, iqtisadiyyat» 6-cı Bakı Beynəlxalq konqresində «Abşe-ronun neftlə çirklənmiş torpaqlarının ekoloji vəziyyəti» mövzusunda məruzə ilə çıxış etmişdir.
39. 2002-ci ildə Taylandda 17-ci dünya konqresində «Azərbaycanın ekoloji problemləri» mövzusunda məruzəsi.
40. 2002-ci ildə Penza şəhərində “Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinin eko-loji aspektləri” elmi-praktik konfransında «Azərbaycanın aqroekoloji ra-yonlaşdırılması» mövzusunda məruzəsi.
41. 2002-ci ildə Penza şəhərində keçirilən “Kənd təsərrüfatı istehsalının intensivləşdiril-məsinin ekoloji aspektləri” elmi-praktik konfransda «Azərbaycan torpaqlarının ekoloji şkalası və onun istifadəsi» mövzusunda məruzəsi.
42. 2003-cü ildə Barnaulda keçirilən «Aqrar elminin heyvandarlıqda və bitkiçilikdə müasir problemləri və nailiyyətləri» beynəlxalq elmi-praktik konfransda «Azər-baycan torpaqlarının münbitliyinin bioekoloji qiymətləndirilməsinin meto-diki aspektləri» mövzusunda çıxışı.
43. 2003-cü ildə Kiyev şəhərində keçirilən «Milli xəritələşdirmə» elmi-praktik konfransda «Azərbaycan Respublikasında milli xəritələşdirmə sisteminin inkişafının müasir səviyyəsi» mövzusunda məruzəsi.
44. 2004-cü ildə Moskva şəhərində keçirilən «Torpaqların çirklənməsinin müasir problemləri» beynəlxalq elmi konfransda «Abşeron yarımadasında tullantılarla çirklənmiş torpaqların ekoloji qiymətləndirilməsi və onların rekultivasiyası» mövzusunda məruzəsi.
45. 2004-cü ildə Moskva şəhərində keçirilən «Torpaq Rusiyanın milli dəyəridir» V.V.Dokuçayev adına Torpaqşünaslıq Cəmiyyətinin IV qurultayında «Azərbaycanda rəqəmli torpaq xəritələrinin inkişafının müasir səviyyəsi» mövzusunda məruzəsi.
46. 2005-ci ildə Rostov-Don şəhərində keçirilən «Torpaqların ekologiyası və biologiyası» beynəlxalq elmi konfransda «Azərbaycanın torpaq örtüyünün deqradasiyası və onun bərpa olunması yolları» mövzusunda məruzəsi.
47. 2006-cı ildə Türkiyədə keçirilən «Kadastro» konqresində «Azərbaycanda torpaq isla-hatları və dövlət torpaq kadastrı» mövzusunda məruzəsi.
48. 2007-ci ildə Moskva şəhərində keçirilən «Arid regionların torpaqları, səhralaşma şərai-tində onların dinamikası və məhsuldarlığı» Ümumrusiya elmi konfransda «Torpaq örtüyünün deqradasiyası və onun bərpası yolları» mövzusunda məruzəsi.
49. 2007-ci ildə Rostov-Don şəhərində keçirilən «Torpaqların ekologiyası və biologiyası» Beynəlxalq elmi konfransda «Azərbaycanın kənd təsərrüfatı bitkiləri və meşə təsərrüfatı altındakı torpaqların ekoloji qiymətləndirilməsi metodikası haqqında» mövzusunda məruzəsi.
50. 2007-ci ildə Bakıda keçirilən 9-cu Beynəlxalq konqresdə «Azərbaycanın eroziyaya uğramış torpaqlarının ekoetik problemləri» mövzusunda məruzəsi.
51. 2007-ci ildə Novosibirsk şəhərində keçirilən «Sibir torpaqları: genezis, coğrafiya, ekologiya və səmərəli istifadə» R.V.Kovolyovun 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransda «Azərbaycanın kənd təsərrüfatı torpaqlarının ekoloji etikası» mövzusunda məruzəsi.
52. 2008-ci ildə İspaniyanın Valensiya-Espariada şəhərində keçirilən «Topoqrafiya və geo-matika mühəndisliyinə» həsr olunmuş IX Beynəlxalq konqresində «Azərbaycanın torpaq kadastrı» mövzusunda məruzəsi.
53. 2008-ci ildə Sankt-Peterburq şəhərində keçirilən “Biologiya, ekologiya, coğrafiya, təh-sil problemləri: tarix və müasirlik” elmi-praktik konfransında «Böyük qaf-qazın torpaq örtüyünün bioekoloji əsasları və mühafizəsi» mövzusunda məruzəsi.
54. 2008-ci ildə Rostov-Don şəhərində keçirilən V.V.Dokuçayev adına Ümumrusiya Torpaqşünaslar Cəmiyyətinin V qurultayında «Azərbaycan torpaqlarının aqro- və meşə ekoloji qiymətləndirilməsi» mövzusunda məruzəsi.
55. 2008-ci ildə Ufa şəhərində keçirilən Torpağın münbitliyinin və müasir aqrotexno-logi-yanın aqroekoloji rolu Beynəlxalq elmi-praktik konfransda «Böyük Qafqaz torpaqlarının aqroekoloji xarakteristikası və bonitirovkası» mövzusunda məruzəsi.
56. 2008-ci ildə Ufa şəhərində keçirilən Torpağın münbitliyinin və müasir aqrotexnologiya-nın aqroekoloji rolu Beynəlxalq elmi-praktiki konfransda «Azərbaycanın kənd təsərrüfatı və meşə sahələri torpaqlarının münbitliyinin aqroekoloji qiymətləndirilməsi» mövzusunda məruzəsi.
57. 2008-ci ildə Rumıniyanın Pistesti şəhərində keçirilən “Tpe-mühəndisliyinin fiziki və texniki problemləri”nə həsr olunmuş 4-cü Beynəlxalq konfransında «Külək və Günəş enerjisinin iqtisadi əhəmiyyəti» mövzusunda məruzəsi.
58. 2010-cu ildə Bakı şəhərində keçirilən “Botanika bağlarının müasir mərhələdə təbii mühafizəsi” Beynəlxalq konfransında «Bakı şəhəri dənizsahili Milli Parkın şəhər torpaqlarının müasir vəziyyəti və diaqnostikası» mövzusunda məruzəsi.
59. 2010-cu ildə Almatı şəhərində keçirilən “Torpaq örtüyünün müasir vəziyyəti, saxlanılması və münbitliyinin yüksəldilməsi” Beynəlxalq elmi konfransda «Torpağın aqroekoloji qiymətləndirilməsi» mövzusunda məruzəsi.
60. 2011-ci ildə İtaliyanın Milan şəhərində keçirilən SETAC-ın 21-ci Beynəlxalq konfransında «Azərbaycanın ekoloji atlası» mövzusunda məruzəsi.
61. 2011-ci ildə İstambulda keçirilən “Geokataklizm-2011 Dünya Forumu”, Beynəlxalq Konqresdə «Azərbaycanda ətraf mühitin problemlərinin həlli məqsədi ilə yeni texnologiyaların istifadə olunması» mövzusunda məruzəsi.
62. 2011-ci ildə İstambulda keçirilən “Geokataklizm-2011 Dünya Forumu”, Beynəlxalq Konqresdə «Azərbaycanın kənd təsərrüfatında ekoetik problemlər» möv-zusunda məruzəsi.
63. 2013-cü ildə Qətərin Doxa şəhərində keçirilən BMT-nin Geoməkan məlumatının ida-rəedil-məsi üzrə II Yüksək Səviyyəli Forumunda iştirak.
64. 2013-cü ildə Belçika Krallığında keçirilmiş “EuroGeographics”-in Növbədənkənar Baş Assambleyasında iştirak.

SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. Görkəmli təbiətşünas böyük ziyalı. – Bakı: “Elm”, 2002. – 16 s.
2. Xəritə və ulduzlarla hərəkət. – Bakı, 2006. – 74 s.
3. Azərbaycan təbiət elminin patriarxı. – Bakı, 2007. – 128 s. [22]
4. Aqrar islahatların Heydər Əliyev modeli. – Bakı: “Elm”, 2007. – 27 s.
5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında. – Bakı: “Elm”, 2007. – 25 s.
6. Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu. – Bakı, 2011. – 104 s.
7. Azərbaycan – ekoturizm potensialı, I hissə. – Bakı: “Şərq-Qərb”, 2012. – 359 s. (M.Xəlilov, E.Yusifov, V.Kərimov).
8. Azərbaycan – ekoturizm potensialı, II hissə. – Bakı: “Şərq-Qərb”, 2012. – 419 s. (M.Xəlilov, E.Yusifov, V.Kərimov).
9. Azərbaycanda Heydər Əliyevin Aqrar Siyasəti. Аграрная политика Гейдара Алиева в Азербайджане. Agrarian policy of Heydar Aliyev in Azerbaijan (üç dildə). – Bakı: “Elm”, 2013. – 344 s.
10. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi – 20 ildə. Государственный Комитет по Земле и Картографии – 20 лет деятельности. State Land and Cartography Committee – 20 years. – Bakı: “Elm”, 2013. – 384 s.
11. Aqrar islahatların Heydər əliyev modeli [23]. Bakı: “Elm”, 2014, 208 s.
12. Torpaq islahatından torpaq inzibatçılığına. Bakı: “Elm”, 2014, 176 s.
13. Azərbaycan Milli Elmlər Akdemiyası Aqrar Elmlər Bölməsi. Bakı: "Sabah", 2015, - 420 səh.
14. Mammadov Q.Sh and Prof. S.Z.Mammadova Comparativ evaluation of the soil fertility under tea and vecetable cuebures the and vecetable cuebures the Lankaran province of Azerbaijcan, European-American jour, “ Global jour of agriculbural research” Vol. 4., №1, March, 2016, pp. 26r39
15. Academician G.Sh.Mammadov, PhD in Biology R.M.Heydarova Soil Mapping of the Mil Plain of Azerbaijan Based on the Aerospace Materials, European-American jour, “ Global jour of agriculbural research” Vol. 4., №6, December 2016, pp.7-12
16. About eco-ethical problems of Azerbaijan Republic/Annals of Agrarian Science Volume 15, Issue 1, March 2017, Pages 88-95]
17. Volume 15, Issue 1, March 2017, Pages 88-95]
18. Ecological assessment of soils in high-mountain landscapes of northeastern part of the Greater Caucasus (Azerbaijan)/Eurasian Soil Science/May 2017, Volume 50, Issue 5, pp 630–635

KİTABLAR
Dərsliklər
1. Ekologiya və ətraf mühit. Bakı: Elm, 2004, 505 s. (M.Xəlilovla birgə)
2. Torpaq göbələklərinin ekologiyası. Bakı: Elm, 2006, 114 s. (R.A.Həsənova ilə birgə)
3. Ekologiya, ətraf mühit və insan. Bakı: Elm, 2006, 608 s. (M.Xəlilov ilə birgə) [1]
4. Aeronaviqasiyada kartoqrafik proyeksiyalar. Bakı: 2006, 304 s. (A.M.Paşayev, H.İ.Quliyev, İ.H.Əhmədovla birgə) 
5. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı: 2007, 664 s. [3]
6. Əkinçilik və bitkiçiliyin əsasları. Bakı: Elm, 2008, 324 s. (A.B.Cəfərov, Z.Mustafayeva ilə birgə) [4]
7. Torpağın eroziyası və mühafizəsi. Bakı: Elm, 2009, 343 s. (S.Z.Məmmədova, C.Ə.Şabanovla birgə) [5]
8. Meşə ekologiyası. Bakı: Elm, 2010, 450 s. (K.S.Əsədovla birgə)
9. Azərbaycanın iqtisadi və sosial coğrafiyası. Bakı: 2010, 470 s. (A.A.Nadirov, R.M.Məmmədov, V.Ə.Əfəndiyev, M.A.Müseyibov və b. ilə birgə)
10. Aqroekologiya (I hissə). Bakı: Elm, 2010, 551 s. (M.Xəlilov, S.Məmmədova ilə birgə)
11. Aqroekologiya (II hissə). Bakı: Elm, 2011, 447 s. (M.Xəlilov, S.Məmmədova ilə birgə)
12. Yerquruluşu və torpaqdan istifadənin əsasları. Bakı: Elm, 2012, 300 s. (T.Nizamzadə, A.Cəfərov).
13. Mühəndis geologiyasının əsasları. Bakı: Elm, 2012, 800 s. (A.J.Həşimov, Ə.Ə.Verdiyev, E.A.Məmmədova).
14. İnsan ekologiyası. Bakı: Oka ofset, 2015, 736 s. (S.Məmmədova, E.Hüseynov, A.Həşimov).
15. Sosial ekologiya. Bakı: Radius, 2015, 672 s. (S.Məmmədova, E.Hüseynov, A.Həşimov).
16. Torpaq bonitrovkası. Bakı: SkyG, 2015, 238 s. (A.Cəfərov, A.Orucov).
17. Torpaqların ekoloji monitorinqi. Bakı: "Bakı Universiteti", 2017, 280 s. (S.Z.Məmmədova, C.Ə.Şabanov).
18. Meliorasiya: şorlaşmış torpaqların diaqnostikası və təsnifatı. Bakı. Elm, 2017, 308 s. (A.C.Həşimov, S.T.Həsənov, Ə.Ə.Verdiyev, Q.Ə.Xasyev).
Dərs vəsaitləri
1. «Ekologiya» ümumtəhsil məktəblərinin 9-11-ci sinifləri üçün dərs vəsaiti (rus dilindən Azərbaycan dilinə tərcümə). – Bakı: “Maarif”, 2000. – 420 s. (Həmmüəllif).
2. «Geodeziya». Bakı: “Maarif”, 2002. – 520 s. – İ.H.Əhmədovla birgə.
3. Hərbi Topoqrafiyanın və geodeziyanın əsasları. – Bakı: “Nafta-Press”, 2004. – 820 s. – İ.H.Əhmədovla birgə.
4. Yerquruluşunun elmi əsasları. – Bakı: “Elm”, 2012. – 112 s. (T.Nizamzadə, A.Cəfərov).
5. Коллективная монография по горному земледелию (проблемы, резервы). – Тбилиси, 1988. – 380 с. – Совместно с Сабчота Сакартвело.
6. Агроэкологические особенности и бонитировка почв Азербайджана. – Баку: “Элм”, 1990. – 172 с.
7. Torpaqların bonitirovkası. – Bakı: “Elm”, 1997, – 174 s.
8. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. – Bakı: “Elm”, 1998. – 282 s.
9. Земельная реформа в Азербайджане: правовые и научно-экологические вопросы. – Баку: “Элм”, 2000. – 371 с.
10. Azərbaycanın torpaq ehtiyatları. – Bakı: “Elm”, 2002. – 132 s.
11. «Azərbaycanın şimal-şərq əkinçilik zonası torpaqlarının qiymətləndirilməsi». – Bakı: “Elm”, 2002. – 228 s. – V.A.Quliyevlə birgə. [9]
12. «Azərbaycanın meşələri». – Bakı: “Elm”, 2002. – 472 s. – M.Xəlilovla birgə. [10]
13. M.P.Babayev, A.İ.İsmayılov «Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korelyasiyası». – Bakı: “Elm”, 2002. – 252 s.
14. Azərbaycan Respublikasının Dövlət torpaq kadastrı: hüquqi, elmi və praktiki məsələləri. – Bakı: “Elm”, 2003. – 447 s.
15. «Экологическая модель плодородия пастбищных земель Аджиноурской степи». – Баку: “Элм”, 2003. – 74 с. – Совместно с А.Ф.Гасановой.
16. Neftlə çirklənmiş torpaqların ekoloji münbitlik modeli. – Bakı: “Elm”, 2003. – 52 s.
17. Azərbaycanın ekoetik problemləri: elmi, hüquqi, mənəvi aspektlər. – Bakı: “Elm”, 2004. – 380 s
18. Şorlaşmış və şorakətləşmiş torpaqların ekomeliorativ qiymətləndirilməsi. – Bakı: “MBM mətbəəsi”, 2005. – 180 s. – A.C.Həşimov, X.F.Cəfərovla birgə. [13]
19. Ekologiya və ətraf mühitin mühafizəsi. M.Y.Xəlilovla birgə. – Bakı: “Elm”, 2005. – 880 s.
20. Научные основы и принципы районирования почв Азербайджана по устойчивости к загрязнению органическими веществами. – Баку: “Элм”, 2005. – 104 с. – Совместно С.Н.М.Исмаиловой.
21. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. – Bakı: “Elm”, 2007. – 854 s.
22. Heydər Əliyev torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır. – Bakı, 2008. – 232 s.
23. Тектоническое развитие, геодинамическая обстановка формирования и закономерности размещения месторождений полезных ископаемых Кавказского сегмента cредиземноморского пояса (Азербайджан). – Баку: “БГУ”, 2009. – 146 с. – B.М.Бабазаде, А.Ш.Мехтиев, А.М.Пашаев, Г.С.Багиров и др.
24. Azərbaycanda Aqrar İslahatlar: Tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru. – Bakı: “Azərnəşr”, 2011. – 352 s.
25. Радиоэкологические аспекты биогеоценозов. Баку: “Элм”, 2016. – 252 с. (Джалал Алиев, Махмуд Абдуллаев [16]

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.