Ekologiya və torpaqşünaslıq fakültəsi
Elmi Şura

Fakültə Elmi Şurası fakültə haqqında əsasnaməni qəbul edir və onda dəyişikliklər aparır.

Bununla yanaşı, fakültənin Elmi şurası:

Kafedra haqqında əsasnamə qəbul edir;
fakültənin strukturunu təsdiq edir; 
gizli səsvermə yolu ilə fakültə dekanını seçir; 
dekanın illik hesabatını dinləyir və onun fəaliyyətini qiymətləndirir; 
kafedra və ETL-nin illik elmi-tədqiqat hesabatını müzakirə və təsdiq edir;
fakültənin tədris və elmi fəaliyyətini, beynəlxalq əlaqələrini və digər fəaliyyətlərini idarə edir.
kadr məsələlərinə baxır, müsabiqə və müqavilə əsasında elmi-pedaqoji vəzifələrə namizədlərin seçilməsini həyata keçirir;
professor, baş elmi işçi vəzifələrinə seçilmək üçün BDU-nun Böyük elmi şurasnına təkliflər verir;
elmi adların verilməsi haqqında BDU Böyük elmi şurasına təkliflər verir; 
BDU elmi şurasına nümayəndələrini seçir.

Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurası 17 üzvdən ibarətdir. Rektorun 05.02.15-ci  tarixli R-13 saylı əmri əsasında mövcud əsasnaməyə uyğun olaraq fakültənin Elmi Şurası aşağıdakı tərkibdə təşkil olunmuşdur:
1. prof. Şəmilov Nazim Telman o. - dekan, sədr
2. dos. Şabanov Cəsarət Əliheydər o. - dekan müavini, sədr müavini
3. akad. Məmmədov Qərib Şamil o. - Torpaqşünaslıq kafedrasının müdiri
4. akad.Əliyeva Rəfiqə Əlirza q .-  Ekoloji kimya və ətraf mühitin mühafizəsi ETL-in müdiri
5. prof. Göyçaylı Şövqi Yusifziya o. - Coğrafi ekologiya kafedrasının müdiri
6. prof. Hacıyeva Sevinc Rafiq q.-  Ekoloji kimya kafedrasının müdiri
7. prof. Sadıqova Nərminə Abel q.- Bioekologiya kafedrasının müdiri
8. dos. Nizamzadə Teymur Nizam o. - Yerquruluşu və torpaq kadastrı kafedrasının müdiri
9. müəl. Hüseynov Fətəli Elmar oğlu - Dekan müavini
10. prof. Xəlilov Telman Abdulhəmid o. - Coğrafi ekologiya kafedrasının professoru
11. dos. Hüseyinli Abuəli Qulam o. - Fakültə Tədris Metodiki Şurasının sədri
12. dos. Orucov Akif Sovda o.- Fakültə Həmkarlar Təşkilatının sədri
13. dos. Mustafayeva Zemfira Rəhim q. - Torpaqşünaslıq kafedrasının dosenti, elmi katib
14. Fakültə THT sədri
15. Fakültə TGT sədri
16. Fakültə TEC sədri

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.