Ekologiya və torpaqşünaslıq fakültəsi
Şabanov Cəsarət Əliheydər oğlu

Kənd təsərrüfatı elmlər namizədi, müəllim

iş telefonu: (+99412) 510-18-76

e-mail: jasarat @ mail.ru

Şəxsi sayt: -




QISA BİOQRAFİK MƏLUMAT

1965-ci ildə Lənkəran rayonu Girdəni kəndində anadan olmuşdur.
1972-1982-ci illərdə Lənkəran rayonu Girdəni kənd orta məktəbində oxumuşdur. 1983-1985-ci illərdə Ordu sıralarında xidmət etmişdir.
1988-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında oxumuşdur.
Ailəlidir, üç övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrokimya və Torpaqşünaslıq fakültəsini  bitirmişdir.
1993-1996-cı illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspirantı olmuşdur.
2001-ci ildə “Lənkərançay hövzəsi torpaq münbitliyinin ekoloji monitorinqi” mövzusunda dissertasiya işi müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1993-1996-cı illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aspirant.
1996-1999-cu illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçi.
1999-2005-ci illərdə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda torpaqşünas-mühəndis.
2005-ci ildən Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasında elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Hal-hazırda həmin kafedranın dosentidir, eyni zamanda Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini vəzifəsində işləyir. 60 məqalənin, 1 monoqrafiyanın və 1 dərsliyin  müəllifidir.

TƏDQİQAT SAHƏSİ

Torpaqşünaslıq və torpaqların ekologiyası

BEYNƏLXALQ  SEMİNAR,  SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1. “Ekoloji tarazlıq: biosferdə suyin dövranına antropogen təsir” Beynəlxalq elmi-praktiki konfrans, Sankt-Peterburq, 2011.
2. «Antropogen təsir nəticəsində torpaqların dəyişilmə qanunauyğunluğu və torpaq örtüyünün  vəziyətinin və fəaliyyətinin tənzimlənməsi” Ümumrusiya elmi konfrans, Moskva, 2011.
3. “ASK müəssisələri – aqrar elmin innovasiyaları” Beynəlxalq elmi-praktiki konfrans, Perm, 2012.
4. “Azərbaycanın torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya” Beynəlxalq elmi konfrans, Bakı-Qəbələ, 2012.
5. "Torpaqşünaslıq Cəmiyyətinin VI qurultayı" , Petrozavodsk-Moskva, 2012.
6. “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda  II Beynəlxalq elmi konfrans, 2012.
7. "Avropa inteqrasiya prosesində elm və kənd təsərrüfatı aktual problemləri" Beynəlxalq elmi-praktiki konfrans, Perm, 2013.
8. "Torpaq keyfiyyətinin biofizik göstəriciləri” Avrasiya Torpaq Konqres, Samsun, Türkiyə, 2013.
9. "XXI əsrdə ekologiya və torpaqşünaslıq elminin aktual problemləri" mövzusunda Respublika elmi konfransı, Bakı,  2015.
10. "Biosferin və insan həyatında torpağın rolu" Beynəlxalq elmi konfrans akademik G.V.Dobrovolski 100 illik yubileyinə həsr olunmuş, Moskva, 2015.
11. "Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin rolu və regional inkişafda ekoloji balansın qorunması” mövzusunda  Beynəlxalq seminar, Bakı, 2015
12. “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin artual problenləri” V Respublika Ekmi konfransı, Bakı, 2016.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1.Azərbaycanın müxtəlif bölgələrində torpağın ekoloji monitorinqinin təşkili.  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsərləri, XVI cild, Bakı, “Elm”, 2004, s. 279-294.(Həmmüəlliflərlə).
2.Lənkərançay hövzəsi tranzit ekoloji rayonun torpaqlarının bonitirovkası. Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin əsərləri, X cild, 1 hissə, Bakı, “Elm”, 2005, s. 297-300.
3. Azərbaycanın bəzi çay hövzələrində torpaqların ekoloji monitorinqi. Beynəlxalq elmi konfrans. Rostov-na-Donu, 2006, s. 462-464. (Həmmüəlliflərlə).
4. Böyük Qafqazın cənub yamacının boz-qəhvəyi (şabalıdı) torpaqlarının münbitlik göstəricilərinin ekoloji səciyyəsi. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsərlər toplusu, XVII cild, Bakı, “Elm”, 2007, s.105-107. (Həmmüəlliflərlə).
5. Böyük Qafqazın landşaft komplekslərinin mühafizə problemləri. Elmi əsərlər toplusu. Buraxılış 1, Tomsk, 2008, s. 114-115. (Həmmüəlliflərlə).
6.Böyük Qafqazın landşaft komplekslrinin ekoloji qiymətləndirilməsi və onların mühafizəsi // “Xəzər dənizinin təbii ehtiyyatları”  beynəlxalq jurnal, № 2, Baku, 2008, BDU, s.44-52. (həmmüəlliflərlə).
7. Böyük Qafqazın torpaq-landşaft komplekslərinin müasir ekoloji vəziyyəti. I Beynəlxalq telekonfransın materialları, Tomsk, 2010, c.25-26 (həmmüəlliflərlə).
8. Qudyalçay hövzəsi  yay otlaqları torpaqlarının əsas bonitet şkalası (Azərbaycan ərazisində)// “Müasir elmin aktual problemləri”, № 1(57), 2011, s. 181-183.
9. Böyük Qafqazın şimal-şərq yamacının orta və alçaq dağlıq hissəsinin torpaq-landşaft komplekslərinin ekoloji səciyyəsi //“Orenburq Dövlət Universitetinin xəbərləri”, № 12, 2011, s.270-272 (həmmüəlliflərlə).
10. Qusarçay-Qudyalçay hövzəsi alp və subalp çəmənləri torpaqlarının ekoloji səciyyəsi və qiymətləndirilməsi // “Aqrar elmin xəbərləri”, № 3, c.10, Tiflis, 2012, s.45-47
11. Türyançay Dövlət Təbiət Qoruğu və ona yaxın ərazlərin  fon torpaq monitorinqi // VI Torpaqşünaslıq Cəmiyyəti qurultayının materialları. Petrozavodsk-Moskva, 2012, s.192-193 (həmmüəlliflə).
12. Azərbaycan torpaqlarının Qırmızı Kitabının yaradılması problemləri haqqında. Görkəmli Azərbaycan alimi, əməkdar elm xadimi, akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda II Beynəlxalq  Elmi konfransın materialları, Bakı, 2012, s.207-209 (həmmüəlliflərlə).
13. Şahdağ Milli Parkı  torpaq  örtüyünün müasir ekoloji vəziyyəti //AMEA Aqrar Elmlər Bölməsi “Torpaqşünaslıq və Aqrokimya” jurnalı,   № 2, cild 21, 2013, s.160-164(həmmüəlliflərlə).
14. Böyük Qafqazın arid seyrək meşə torpaqlarının xüsusiyyətləri (Azərbaycan daxilində) // Beynəlxalq elmi-praktiki konfrans "Avropa inteqrasiya prosesində elm və kənd təsərrüfatı aktual problemləri" məqalələr toplusu, Perm, 2013 , s.270- 273(həmmüəlliflərlə).
15.Azərbaycanın üçüncü dövr yaylası arid seyrək meşəlikləri torpaqlarının ekoloji monitorinqi   //Avrasiya Torpaq Cəmiyyətinin "Torpaq keyfiyyətinin biofiziki göstəriciləri” mövzusunda konfransın materialları, Samsun , Türkiyə, 2013,  p.53- 55 ( həmmüəlliflə).
16. Quba rayonunun torpaq örtüyünün  müasir ekoloji vəziyyəti və ondan səmərəli istifadə // AMEA Aqrar Elmlər Bölməsi “Torpaqşünaslıq və Aqrokimya” jurnalı,  № 2, 2014, s. 428-430 ( həmmüəlliflə).
17. Böyük Qafqazın şimal-şərq yamacında alp ekosistemlərin torpaq deqradasiyası  və onların qorunması // Akademik G.V.Dobrovolski 100 illik yubileyinə həsr olunmuş "Biosferin və insan həyatında torpağın rolu" mövzusunda Beynəlxalq elmi konfrans,  Moskva, 2015.
18. Böyük Qafqazın bəzi bölgələrinin yay otlaq torpaqlarının münbitlik parametrlərinin antropogen amillərin təsirindən dəyişilməsi// . AMEA Aqrar Elmlər Bölməsi “Torpaqşünaslıq və Aqrokimya” jurnalı,  № 1-2, 2015, s. 45-48 ( həmmüəlliflə).
19. Böyük Qafqazın şimal-şərq yamacı dağ-meşə zonasının torpaq-landşaft dəyişkənliyi” // Jurnal “Alimlərin Avrasiya ittifaqı”, № 4 (13), 2015, s.44-45. (İF 0,388). ( həmmüəlliflə).
20.  Böyük Qafqazın şimal-şərq yamacı yay otlaq torpaqlarının qiymətləndirilməsi // Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin rolu və regional inkişafda ekoloji balansın qorunması” mövzusunda  Beynəlxalq seminar, Bakı, 2015, s. 82-84.
21. Böyük Qafqazın şimal-şərq yamacı yüksək dağ landşaftı torpaqlarının münbitlik göstəricilərinin antropogen amillərin təsirindən dəyişilməsi //  “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin artual problenləri” V Respublika Elmi konfransı, Bakı, 2016, s.110-112 ( həmmüəlliflə).
22. Qaraçay-Vəlvələçay hövzəsi yöksək daqlıq qurşağın torpaq-landşaft dəyişkənliyi //  “Müasir mikrobiologiya və tətbiqi elmlər beynəlxalq jurnalı”,  Mikrobiologiya və tətbiqi elmlər beynəlxalq jurnalı, cild5 №10 2016, ы.1039-1048 (İF 2,997). ( həmmüəlliflə).

KİTABLAR

Lənkərançay hövzəsi torpaqlarının ekoloji monitorinqi. Bakı, “Elm”, 2005, 167 səh. (Həmmüəlliflərlə).
Torpağın eroziyası və mühafizəsi. Bakı, “Elm”, 2009, 340 səh. (Həmmüəlliflərlə).

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.