Ekologiya və torpaqşünaslıq fakültəsi
Bioekologiya kafedrası

“Bioekologiya” kafedrası 2010-cu ildə yaradılmışdır. Hal-hazırda kafedrada elmi dərəcəyə və elmi ada malik 5 müəllim və 3 nəfərdən ibarət köməkçi heyət çalışır. Kafedrada bioekologiya və ətraf mühitin mühafizəsi istiqamətləri üzrə 20 doktorant və disssertantın hazırlığı gedir, 3 nəfər elmi işini tamamlayaraq müdafiəyə hazırlaşır. Kafedrada tədris, tədris-metodiki və elmi işlər yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

Professor-müəllim heyəti
1. N.A.Sadıqova - kafedra müdiri, b.e.d., prof.
2. F.V.Sultan-zadə - dosent, b.ü.f.d.
3. S.Q.Cəfərova - dosent, b.ü.f.d.
4. İ.M.Əliməmmədzadə - dosent, b.ü.f.d.
5. M.M.Yusifova - dosent, b.ü.f.d.

Tədris-texniki köməkçi heyəti
1. G.R.Sarıyeva - laborant
2. L.Ç.Qaradağlı - laborant
3. M.Ə.Bahaddinov - laborant



Elmi istiqamət:

Kafedranın elmi-tədqiqat işləri əsasən Azərbaycanın biomüxtəlifliyinin öyrənilməsi və konservasiyası istiqamətində aparılır.
Kafedrada respublikamızın bioloji ehtiyatlarının müxtəlifliyinin müasir vəziyyətinin təyin edilməsi üzrə intensiv tədqiqatlar aparılır.  Azərbaycanın su və quru ərazilərinin, eləcə də müxtəlif təbii zonalarının florası, faunası və torpaq ehtiyatları öyrənilir. Kafedranın  alimləri müxtəlif yerli və beynəlxalq simpoziumlar, konfranslar və görüşlərdə fəal iştirak edirlər.
Kafedranın müəllimləri tərəfindən bitkilərin, heyvanların, mikroorqanizmlərin və insanın ekologiyası, ekoloji monitorinq, biomüxtəliflik və onun qorunması,  bioloji resursların inventarlaşdırılması və qiymətləndirilməsi zamanı coğrafi informasiya sistemlərinin tətbiqi və s. kimi aktual məsələlər üzrə tələbələr hazırlaşdırılır. Müəllimlərin rəhbərliyi altında tələbələr müstəqil elmi işi yerinə yetirmək bacarıqlarını inkişaf etdirirlər. Tələbələrin diplomqabağı təcrübələri ekspedisiyalarda, qoruqlarda, elmi-tədqiqat institutlarında və laboratoriyalarda keçirilir. Bioekologiya və bioloji müxtəlifliyin qorunması sahəsində mütəxəssislərin hazırlanmasına böyük diqqət yetirilir.

İxtira:
2012-ci ildə kafedra müdiri prof. N.A.Sadıqova “Qapalı şəraitdə yetişdirilən yumurtalıq toyuq cinslərində cinsi fəallığın artırılması üsulu” ixtirasına patent almışdır. № а 20090116.

Elmi əlaqələr:
Kafedranın təhsil və elmi əlaqələri Almaniya, Rusiya, Ukrayna, Türkiyə, İran, Gürcüstan və başqa ölkələrlədir. Bioekologiya kafedrası 2011-ci ildən Almaniya Beynəlxalq Əməkdaşlıq Birliyinin (GİZ) vasitəçiliyi ilə Almaniyanın Greifsvald Universiteti və Michael Succow fondu ilə əməkdaşlıq edir. "Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarə Olunması Proqramı" çərçivəsində BDU və GİZ təşkilatı arasında memorandum imzalanmışdır.  Bioekologiya kafedrası Almaniya Beynəlxalq Əməkdaşlıq Birliyi ilə birgə magistratura pilləsi üçün “Bioekologiya – Biomüxtəliflik və Təbiəti Mühafizə” tədris proqramı işləyib hazırlamışdır. Proqramın tərkib hissəsi kimi 2013-2015-ci illərdə ekologiya üzrə ekspert Tillman Dieterich Bioekologiya kafedrasında ingilis dilində ekoloji mövzularda seminarlar keçirmiş, ingilis dilində təhsil alan bakalavr və magistrantlar üçün  fənnlər tədris etmiş, həmçinin tələbələr üçün yay təcrübə proqramının keçirilməsində aktiv iştirak etmişdir. 2016-2017-ci tədris ilində həmin proqram çərçivəsində  “Biomüxtəliflik və ətraf mühitin mühafizəsi”, həmçinin “GİS texnologiyaları” üzrə mütəxəssis CİM eksperti Niderland Krallığı vətəndaşı Jan De Leeuw və BP şirkətinin aparıcı mütəxəssisi E.R.Bayramov tədris etmişlər.
2013-cü ildə Bioekologiya kafedrası və Almaniya-Azərbaycan Əməkdaşlıq Birliyinin birgə təşkil etdiyi “Qışlayan su-bataqlıq quşlarının təyin edilməsi və monitorinqi” mövzusunda təlimlər Almaniyadan dəvət olunmuş və yerli ekspertlər tərəfindən həyata keçirilmişdir.
Kafedranın AMEA Botanika İnstitutu, Mərkəzi Nəbatət Bağı,  AMEA Mikrobiologiya İnstitutu, AMEA Zoologiya İnstitutu və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə sıx elmi əlaqələri mövcuddur.

Qrantlar:
1. Bakalavr pilləsi üçün “Biomüxtəliflik və onun mühafizəsi” fənni üzrə kurrikulumun hazırlanması- ATƏT-in Bakı ofisi (2013)
2. Şirvan Milli Parkında interpretasiya - GİZ "Cənubi Qafqazda biomüxtəlifliyin davamlı inkişafı" proqramı (2012-2013)
3. Samur - Yalama Milli Parkının yaradılması layihəsi: Milli Parkın işçilərinə treninqlərin keçirilməsi- Almaniya Dövlət Bankı – KFW, GFA- consulting group (2014)
Kafedrada aparılan elmi işlərin əsas nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunur, alınmış  vacib nəticələr dərslik və dərs vəsaitlərinə daxil edilir.

Bakalavr pilləsində tədris edilən fənlər:

1.Biologiya (canlı orqanizmlərdə enerji)
2.Heyvanlar aləmi
3.İnsan biologiyası 
4.Ümumi ekologiya
5.Mikroorqanizmlərin ekologiyası
6.Bitkilərin ekologiyası
7.Heyvanların ekologiyası
8.İnsan ekologiyası
9.İnsan, ətraf mühit və davamlı inkişaf
10.Ekoloji monitorinq
11.Zoocoğrafiya
12.Azərbaycanın florası və faunası
13.Biomüxtəliflik və onun qorunması
14.Ekoloji genetika
15.Bitki coğrafiyası
16.Ekologiya və təbiətdən səmərəli istifadə

Magistr pilləsində tədris edilən fənlər:
İxtisaslaşma: I.Bioekologiya:
1.Ekologiyanın müasir problemləri
2.Ekologiyanın tarixi və metodologiyası
3.İnsan və heyvanların davranışı
4.Balıqların ekologiyası
5.Qlobal ekologiya
6.Bioresurslar
7.Azərbaycanda  bioloji ekologiyanın uğurları və problemləri
8.Bioindikasiya və ekoloji monitorinq
9.Xəzər dənizinin bioresursları
10.Amfibilərin və reptililərin ekologiyası
11.Ekologiyada informasiya texnologiyaları
12.İnsan ekologiyası
13.Quşların ekologiyası
14.Məməlilərin ekologiyası
15.Təbiətin interpretasiyası

İxtisaslaşma: II.Biomüxtəliflik və təbiətin mühafizəsi:
1.Ekologiyanın tarixi və metodologiyası
2.Ekologiyanın müasir problemləri
3.Biomüxtəliflik və Qafqazın ekosistemləri-1
4.Biomüxtəliflik və Qafqazın ekosistemləri-2
5.Çöl metodlarına giriş
6.Qlobal dəyişmə və davamlı inkişaf
7.Coğrafi informasiya sistemləri
8.Ekosistemlər və Azərbaycanda onların rolu: şirin su ekosistemləri və dəniz: Xəzər dənizi
9.Bitki və heyvanların ekoloji uyğunlaşması
10.Canlı orqanizmlərin davranışı
11.Növlərin mühafizəsi
12.Ətraf mühit planlaşdırılması
13.Qorunan ərazilərin idarə olunması və növlərin mühafizəsi
14.Ərazilərdən davamlı istifadə
15.Ekosistemlərin iqtisadiyyatı- ətraf mühitin qiymətləndirilməsi
16.Azərbaycan Respublikasının ətraf mühit /ekoloji qanunvericiliyi və beynəlxalq konvensiyalar

Hal-hazırda kafedranın əməkdaşları tərəfindən 300-dən çox elmi iş dərc olunmuşdur, o cümlədən iri monoqrafiyalar:
1. Ekologiya sxemlərdə. Dərs vəsaiti, İstanbul 1998 , 215 səh. (azərb., rus və ingilis dilində)
2. Sadıqova N.A., Mustafayev Q.Т. Onurğalı heyvanların ekologiyası. Dərslik, Bakı 2001, BDU, 197 səh.
3. Sultan-zadə F.V. Xəzərin biomüxtəlifliyinin əsasları. Ekologiyanı öyrənənlər üçün vəsait, Dərs vəsaiti , “EkoSfera”, Bakı 2001, 160 səh.
4. Sultan-zadə F.V. Ölkəmizin təbii sərvətləri, iqtisadiyyatı və ətraf mühiti. Dərs vəsaiti, Bakı  2002, “Ekosfera”, 52 səh.
5. İnsanın uğurları və problemləri, Bakı 2004, «Qanun», 300 səh.
6. Sultan-zadə F.V. Ekologiya və zoologiyadan çöl praktikası. Dərs vəsaiti, Bakı 2004, “Ekosfera”,  64 səh.
7. Mustafayev Q.Т., Məhərrəmova N.A. Ornitologiya. Dərs vəsaiti, Bakı 2005, 442 səh.
8. Sadıqova N.A., İsmayılov R.Ə., Cəfərova S.Q., Ağayeva Ç.A. Onurğalılar zoologiyasından praktikum. Dərs vəsaiti, Bakı, 2005,159 səh.
9. Sadıqova N.A., Mustafayev Q.Т. Azərbaycanın quşları. Monoqrafiya, Bakı 2005, 428 səh.
10. Sadıqova N.A., Mustafayev Q.Т. Ümumi ekologiyadan testlər. Dərs vəsaiti, Bakı 2006, 156 səh.
11. Sadıqova N.A., Mustafayev Q.Т. Öyrədici ekoloji testlər. Bakı, 2006, BDU, 113 səh.
12. Azərbaycanda suyun ekologiyası və Xəzərin biomüxtəlifliyi, Tempus project, Bakı 2007, 150 səh.
13. Ekoloji atlas. Kartoqrafiya fabriki, Bakı 2010,176 səh.
14. Sadıqova N.A., Sultanov R.L., Abbasova S.E. Ümumi ekologiya. Bakı 2010, 382 səh.
15. Cəfərova S.Q., Hümbətova S.T., Əsgərova S.Ə. Reptililərin ekologiyası.           «Аdiloğlu»,  Bakı  2010, 133səh.
16. Sadıqova N.A., Mustafayev Q.T. Onurğalı heyvanların ekologiyası.  Bakı 2011, 345 səh.
17. Sadıqova N.A., Cəfərova S.Q. Onurğalıların zoologiyası, Bakı  2011, «Çaşıoğlu», dərslik, 463 səh.
18. Sadıqova N.A.,  Babazadə V.M., Əliyeva M.İ., İsayev S.A., Babayev F.M. Geoekoloji monitorinq. Ali məktəblər üçün dərslik Bakı 2014, 424 s.
19. Cəfərova S.Q., Bünyatova S.N., Əliməmmədzadə İ.M. Amfibilərin ekologiyası. Dərs vəsaiti. Bakı-2014, 123 səh.
20. Sadıqova N.A., Cəfərova S.Q. Biologiya ekologiyanın əsasları ilə. Dərslik. Bakı, 2015, 455 s.
21. Cəfərova S.Q., Sadıqova N.A., Məmmədov A.T. Poykiloterm orqanizmlərin ekologiyası. Bakı,  «Nurlar» 2015, 246 s.
22. Sultan-zadə F.V. Biomüxtəliflik və onun mühafizəsi. Dərslik. Bakı, «Çaşıoğlu», 2015,– 240 s.
23. Sultan-zadə F.V. Etologiya ekoloji aspektlərdə: insan və heyvanların davranışı. Dərslik, Bakı: «Çaşıoğlu», 2015– 496 с.
24. İsmayılov N.M., Məmmədova A.O., Sadıqova N.A. Ekosistemlərin ekologiyası və təbiətdən istifadə.  Bakı-2016, 608 s.
25. Mustafayev Q.T., Sadıqova N.A., Məmmədov A.T., Heyvan ekologiyası, Dərs vəsaiti, Bakı-2016, 399 s.
26. Р.В.Гаджиев, С.Г.Джафарова, Ч.А.Мамедов. Экология рыб. Баку, 2017, 255 с.
27. Mustafayev Q.T., Sadıqova N.A., Tağıyev Ə.N., Məmmədova A.Q. Əhali və ətraf mühit , Dərs vəsaiti, Bakı, BDU-2017, 239 s.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.