İyun ayının 5-də Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının onlayn formatda geniş tərkibdə iclası keçirilib. Kafedranın saathesabı qaydada dərs aparan müəllimləri də daxil olmaqla müəllim heyyətinin əksəriyəti, o cümlədən Ekologiya və torpağşünaslıq fakultəsinin dekanı professor Nazim Şəmilov iclasda iştirak ediblər. Kafedra müdiri professor İsmayıl Əliyev onlayn formatda keçirilməsi planlaşdırılan yaz imtahan sessiyası ilə əlaqədar pedaqoji kollektivin üzvləri qarşısında duran vəzifələr barədə ətraflı çıxış edib. Kafedrada azərbaycan,rus və ingilis bölmələri üzrə imtahan suallarının və BDU Elmi Şurasının qəbul etdiyi tələbəyönümlü humanist qərarlara uyğun biletlərin tərtb olunduğunu,həmçinin internetə çıxışı məhdud olan müəllimlər üçün kafedranın tabeliyində 10 ədəd internetə çıxış xəttinin təmin olunduğunu qeyd edib. Kafedra üzrə keçiriləcək 155 imtahanın 23 imtahan günü ərzində bərabər paylanması təmin olunub. Professor İsmayil Əliev kafedranın spesifikliyini nəzərə alaraq, hər imtahanda, imtahanı başlamazdan əvvəl mövcud vəziyyətlə əlaqədar COVİD-19 pandemiyası barədə məlumat verməyi tövsiyə edib.
Dekan professor Nazim Şəmilov BDU Elmi Şurasının bu barədə qərarlarını bir daha kollektiv üzvlərinin diqqətinə çatdırıb və müəllimləri imtahan zamanı tələbələrə qarşı humanist və xeyirxah olmağa çağırıb. Kafedranın təcrübəli saat hesabı müəllimi, ixtisasca həkim olan t.e.n dosent Saday Zeynalov COVİD-19 pandemiyasına dair fikirlərini bölüşüb, məsləhətlərini verib. İclasda cıxış edən digər müəllimlər öz vəzifə borclarını dərindən başa düşdüklərini və ona layiqincə əməl edəcəklərinə söz veriblər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.






