Yerquruluşu və Kadastr kafedrasının müdiri dos. T.N. Nizamzadə 25.06.2013-cü il tarixindən 26. 07. 2013-cü il tarixinədək Latviya Respublikasının Riqa şəhərində Torpağların Avropa İttifaqı standartlarına uyğun olaraq kadastr qiymətləndirilməsi metodologiyasının hazırlanması və onun dövlət torpaq kadastr sisteminə inteqrasiya edilməsi sahəsi üzrə təlim keçmişdir. Keçilmiş təlim nəticəsində dos. T.N.Nizamzadə Aİ-nın qiymətləndirmə standartlarına uyğun olaraq Azərbaycanda torpaqların kadastr qiymətləndirilməsi baxımından səmərəli dövlət torpaq kadastrı sisteminin yaradılması və onun idarə olunması üzrə dərin biliklərə yiyələnmiş və təlim kursunu müvəfəqiyyətlə başa vuraraq sertifikatla təltif olunmuşdur. Hal-hazırda dos.T.N.Nizamzadə təlim nəticəsində əldə etdiyi bilikləri Ekologiya və torpaqşünaslıq fakultəsində “Yerquruluşu, torpaq və şəhər kadastrı” ixtisası üzrə təhsil alan tələbələrə öyrədir. Buda həmin tələbələrin gələcəkdə öz sahələri üzrə daha da peşəkar mütəxəsis olmaqları üçün bir vasitədir.
![]() |
![]() |
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.


