Ekologiya və torpaqşünaslıq fakültəsi
16/10/2014
“Təmiz Şəhər” ASC “EkoReal” təşkilatı ilə birlikdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq və Coğrafiya fakültələrində “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminar keçirib.

“Təmiz Şəhər” ASC “EkoReal” təşkilatı ilə birlikdə  Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq və Coğrafiya fakültələrində “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminar keçirib. Seminarda “Təmiz Şəhər” ASC-nin “Ətraf mühit və əməyin mühafizəsi” şöbəsinin müdiri Sabit Zeyniyev, “EkoReal”ın direktoru Telman Zeynalov mühazirələrlə çıxış ediblər. 

Seminarda çıxış edən Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı professor Nazim Şəmilov Azərbaycanda ətraf mühitin yaxşılaşdırılması məqsədilə bərk məişət tullantılarının idarə olunmasına dövlət tərəfindən göstərilən qayğıdan, tullantıların səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs edib.

“EkoReal” QHT-nın direktoru Telman Zeynalov bərk məişət tullantılarının təkrar emalı yollarından söz acıb.

ASC-nin gördüyü işlər barədə təqdimatla çıxış edən “Təmiz Şəhər” ASC-nin “Ətraf mühit və əməyin mühafizəsi” şöbəsinin müdiri Sabit Zeyniyev Bərk məişət tullantılarının yandırılması və Bərk məişət tullantılarının çeşidlənməsi zavodları, İçəri Şəhər və Qala qoruğu və Böyük şor gölü ərazisində həyata keçirilən pilot layihələri və görülən digər işlər haqqında ətraflı məlumat verib. Mühazirənin sonunda Balaxanı poliqonunun modernləşdirilməsinə və orada yaradılan yuma-dizinfeksiya məntəqələrinə dair video-çarx nümayiş etdirib. 
Məruzəçilər tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.